Icma.az
close
up
RU
Düşmən əsgərləri qaçırlar, biz onları qovuruq...

Düşmən əsgərləri qaçırlar, biz onları qovuruq...

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhid Əli Nağıyevin anası: Dedi ki, lap az qalıb, yaxın vaxtlarda Ucara elçiliyə gedəcəksən

Bakı, 21 oktyabr, AZƏRTAC

Vətən müharibəsinin qızğın çağları olsa da, Əli imkan tapan kimi evə zəng edir, anası ilə danışır, onu narahatlıqdan xilas etməyə çalışırdı: “Burada hər şey yaxşıdır, düşmən əsgərləri qaçırlar, biz isə onları qovuruq... Məndən nigaran olmayın!"

Anası Lalə xanım onun telefon zənglərini və onunla danışdıqlarını da yaxşı xatırlayır: "Ana, heç nəyin fikrini çəkmə! Döyüş əməliyyatları tezliklə Ordumuzun qələbəsi ilə bitər və xoş müjdə ilə geri qayıdaram. Yenə maaşımı alanda səninlə birlikdə dükan-bazara gedib, alış-veriş edərik. Lap az qalıb, yaxın vaxtlarda Ucara elçiliyə gedəcəksən".

Əlinin bu cür danışması səbəbsiz deyildi, ailə toya hazırlaşırdı. Artıq onun 29 yaşı var idi. O, evlənmək, subaylığın daşını atmaq, ata-anasına gəlin gətirmək istəyirdi...

2020-ci il sentyabrın 27-də başlanan döyüş əməliyyatları isə Əlinin arzularını ürəyində qoydu...

AZƏRTAC xəbər verir ki, Əli Mehman oğlu Nağıyev 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 21-də yaşadığı Səbail rayonundan hərbi xidmətə çağırılıb. Sentyabrın 27-dən Ermənistanın təxribatına cavab olaraq başlanan döyüş əməliyyatlarında iştirak edib. Vətən müharibəsinin ilk günündən erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq Füzuli rayonunun kəndlərinin azad olunması uğrunda Azərbaycan Milli Ordusunun Zəfər yürüşünə qoşulub. Sonralar onun cəbhə yolu Cəbrayıldan, Hadrutdan və Xocavənddən keçib.

Cəbhənin ən qaynar nöqtələrindən olan Xocavənd rayonunda hər gün yeni-yeni yaşayış məntəqələri düşmən tapdağından təmizlənirdi. Azərbaycan əsgərlərinin zərbələri nəticəsində geri çəkilən düşmən qüvvələri itirdikləri mövqeləri yenidən ələ keçirmək üçün hiyləyə əl atsalar da, sərt müqavimətlə rastlaşır, qaçmağa məcbur olurdular. Əli döyüşçü dostları ilə birlikdə şücaətlə vuruşur, qumbaraatanla düşmənin hədəflərinə sərrast atəş açırdı.

Lakin həmin döyüşlərdən biri onun üçün sonuncu oldu. Oktyabrın 20-də o, hərbçi yoldaşları ilə birlikdə Xocavənddə pusquya düşüb. Onlar çox böyük əzmkarlıq göstərərək pusqudan çıxa bilsələr də, ermənilərin mərmi yağışına tuş gəliblər. Əlinin yaxınlığına düşən minaatan mərmilərindən biri igid əsgəri ölümcül yaralayıb. Xocavənd bölgəsi uğrunda gedən həmin qızğın döyüşdə o, şəhidlik zirvəsinə ucalıb.

İki gün sonra onun nəşini böyüdüyü ata ocağına gətiriblər. Əli ilə vidalaşmağa çox böyük izdiham toplaşmışdı. Dostları, məktəb və iş yoldaşları, tanışları, şücaəti haqqında eşidənlər, hətta onu tanımayanlar doğulduğu evin həyətindən Əlinin tabutunu çiyinlərinə götürüb, torpağa tapşırdılar...

...Badamdardakı Səbail rayon şəhidlərinin uyuduğu qəbiristanlıqda Vətən müharibəsinin 11 şəhidi uyuyur. Onlardan biri də Əli Nağıyevdir. Bura təkcə şəhid ailələri üçün yox, həm də şəhidləri tanıyan və tanımayan hər kəs üçün müqəddəs ziyarətə çevrilib. Əlinin məktəbli dostları, müəllimləri, döyüş yoldaşları, müharibədən əvvəl birgə çalışdığı əmək kollektivlərinin nümayəndələri tez-tez buraya ziyarətə gəlir, torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid döyüşçünün xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə edirlər.

Əli Nağıyev "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri