Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Silahsız Qüvvələrin əsgərləri

Silahsız Qüvvələrin əsgərləri

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Mən bir dəfə yazmışdım, yenə deyirəm: ölkə prezidenti təkcə Silahlı Qüvvələrin deyil, həm də... Silahsız Qüvvələrin Ali Baş Komandanıdır. Bu qüvvələrin içində biz də varıq: xəbərin, fikrin, Sözün ön cəbhəsinin əsgərləri olaraq.

Əslinə qalsa, silahsız da sayılmarıq; əlimizdə qələm var, klaviatura var, diktofon var, mikrofon var, kamera var. Bunlar da özlüyündə silahdır axı. Nədənsə silah deyəndə, gözümüzün qabağına ancaq top-tüfəng, bomba, raket gəlir. Amma qələm də bir silahdır. Söz isə onun mərmisidir. Səməd Vurğun İkinci Dünya Müharibəsi zamanı elə-belə demirdi ki: "Müsəlləh əsgərəm mən də bu gündən".

Müharibə demişkən, Qarabağ savaşı zamanı ölkə rəhbəri özünü birinci əsgər kimi necə apardı, necə davrandı, bunu hər kəs gördü.

Doğrudur, onun başının üstündə - özündən yuxarıda Allahdan savayı kimsə yox idi və yoxdur. O, heç kimdən əmr almırdı, özü əmr verəndir. Ancaq daşıdığı məsuliyyətin diqtəsi ilə, bir də ağlının hökmü, ürəyinin imperativi ilə hərəkət edirdi. Prezident İlham Əliyevin həmin günlərdə xarici mediaya çoxsaylı müsahibələri tarixi qələbənin qazanılmasında ən üstün faktorlardan biridir. Yəqin bu fikirlə heç kimsə mübahisə etmir. Əgər xüsusi olaraq qərəzli biri yoxdursa.

Bu nə deməkdir?!

O deməkdir ki, Söz də silahdır. Ölkənin birinci şəxsi milli mətbuatın 150 illiyi haqda sərəncamı elə-belə imzalamayıb ki. Bu, sadəcə, bir yubiley keçirmək deyil, bu, yaradıcı qələmlərin paradı, mətbu Sözün təntənəli rəsmi keçididir.

Bir sözlə, biz əsgərik. Hər nə qədər medianın bir ictimai institut kimi avtonomluğunu qəbul etsək də, biz bu ölkənin əsgəriyik. Söz, fikir, məlumat, mətbuat azadlığı bizim əsgər olmağımızı istisna etmir.

Bəli, belə bir polemika var: jurnalist hansı yaradıcı məqamlarda öz ölkəsinin vətəndaşı kimi davrana bilər? Ümumiyyətlə, belə davranmalıdırmı?

Məsələ də ondadır ki, jurnalist elə özünü vətəndaş kimi hiss etdiyi üçün öz ölkəsinin həqiqətlərini deyir, yazır, göstərir. Məqsəd öz Vətənini qorumaq, yanlışlardan, qüsurlardan arındırmaq, öz ölkəsinin inkişafına kömək etməkdir. Xeyirxah və tutarlı tənqid də, obyektiv təhlil də, əsaslı təqdir də bu məqsədə xidmət edir.

Qərəzli yox, əsaslı tənqiddən söhbət gedir. Əslində işin içində qərəz varsa, bu, tənqid deyil, qara piardır. Qara piar isə, adından da göründüyü kimi, apriori qara məqsədlər güdür. Haqsız həcv və yersiz vəsf bir medalın iki üzüdür.

Qələm adamı olaraq bizim hər birimizin təkcə Söz qarşısında deyil, konkret millət mənsubu, ölkə vətəndaşı olaraq öz qarşımızda da məsuliyyətimiz var.

Dünyanın heç yerində "distillə edilmiş" söz yoxdur. ABŞ, Britaniya, Fransa, Almaniya kimi klassik demokratiyalarda da qələm adamı öz ölkəsinin rifahı və təhlükəsizliyi qarşısında məsuliyyəti daşıyır. Azadlıq isə elə birinci növbədə məsuliyyət deməkdir.

Öz ölkəmizə qayıdaq. Qarabağı azad etmək təkcə Ali Baş Komandanın, ordunun, silah daşıyan başqa qurumların, fərdlərin deyil, həm də Söz, fikir adamlarının, xüsusilə ölkə vətəndaşı olan jurnalistlərin də məsuliyyəti idi. Biz bunu öz reallığımızda yaşadıq, deyilmi?! Ölkə üçün, xalq üçün həlledici məqamlarda milli identikliyimizi, vətəndaş məsuliyyətimizi də unutsaq, onda biz kimə və niyə lazımıq?!

Bir sözlə, biz nə qədər azad bir sənətin sənətkarı olsaq belə, bizim bir ölkəmiz, bir dövlətimiz var. Bunu heç vaxt unutmuruq. Müstəqil milli dövlət həm də milli mətbuatın meyvəsidir.

Baxın, milli mətbuatın 150 yaşı var. Amma milli dövləətin - ikinci respublikanın 34 yaşı bir neçə aydan sonra tamam olacaq.

Bu tarixi statistikanın özü yuxarıda dediyim fikri təsdiqləyir. Bu 150-ci ildə biz media olaraq öz dövlətimizin qədrini daha çox bilirik. Hər halda mən belə hiss edirəm və belə düşünürəm.

Dediyim kimi: biz - jurnalistlər bir-birimizlə qələmdaşlarıq, eyni zamanda bir ölkədə vətəndaşlarıq.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see971

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see385

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see278

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see263

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see218

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see213

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see206

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see192

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see190

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see183

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see171

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see170

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see161

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see161

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri