Icma.az
close
up
RU
Düşünürəm ki, burada qazanan yalnız şadlıq evləridir

Düşünürəm ki, burada qazanan yalnız şadlıq evləridir

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Toy mövsümünün başlaması ilə ailələrin qarşılaşdığı maliyyə yükü də artır. Xüsusilə bəzi ailələr bir ay ərzində iki və daha çox toya dəvət alır ki, bu da həm toy pulu, həm də digər xərclər baxımından büdcəyə əlavə yük yaradır.
Toy mövsümündə artan dəvətlər ailələrin büdcəsinə nə qədər təsir edir və bir ay ərzində bir neçə toya dəvət alan ailələr bu xərcləri necə qarşılayır?
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyət acınacaqlıdır:
“Azərbaycanda toy ənənələri çox dözülməz həddə çatıb. Burada heç bir məntiq yoxdur. Şadlıq evləri qiymətləri o qədər yüksəldiblər ki, bu ağır xərcin altından çıxmaq normal, adi gəliri olan azərbaycanlı ailələr üçün mümkün deyil. Toy sahibi niyə toya adam dəvət edir? Ona görə ki, həmin şadlıq evinin ağır xərcindən çıxsın. Bilirsiniz? Ona görə toy indi bu ağır xərci ödəmək üçün bir imkana çevrilib. Toya dəvət olunan insanların neçə faizi canı-gönüldən, könül xoşluğu ilə gedir, toy sahibinə gözaydınlığı verir? Çox az faizi. Çoxu narazı gedir. Belə toy olar? Sənin toya dəvət etdiyin insanlar normal dolanışıqları olmayan insanlardır, gətirib orada 100 manat, 200 manat, 300 manat, nə bilim, nə qədər də pul yazdırmalıdırlar. Burada heç bir məntiq yoxdur. Toy yalnız yaxın adamların iştirak etdiyi bir mərasim olmalıdır.
Ailəyə yaxın insanlar, yaxın dostlar, lap yaxın qohum-əqrəbalar. Yoxsa uzaq insanlar, uzaq tanışlar… Onların toyda nə işi var? Onlar toya niyə dəvət olunmalıdır axı?”
Sosioloq qeyd edib ki, toy bir insanın məhrəm, isti bir mərasimidir:
“Biz isə toyu eləmişik biznes, alış-veriş məkanı. Ona görə burada heç bir məntiq görmürəm. Kimlərsə qabağa düşməlidir, bu ənənəni yığışdırmalıdır. Azərbaycanda bu vəziyyəti düzəltmək lazımdır. Toya dəvət olunan insanların qanı qaralır ki, mən gedib orada filan qədər pul yazdırmalıyam. Şəhər toylarında təsəvvür edin, artıq 100 manat da aşağı hesab olunur. Gərək heç olmasa 200 manat pul yazdırsın ki, o da toy sahibinin xərcini ödəsin. Düşünürəm ki, burada qazanan yalnız şadlıq evləridir, vəssalam. Toy edən insan da ağır yük altındadır, toya dəvət olunan insanlar da ağır yük altına düşürlər. İndi burada dövlət də dəstək olmalıdır, şübhəsiz. Biz təkcə deyə bilmərik ki, bu insanların öz fərdi seçimidir. Xeyr. Kapitalizmin özündə də dövlət müəyyən məqamlarda mütləq müdaxilə etməlidir”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Sentyabr 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri