Icma.az
close
up
RU
Düyü qadın sağlamlığı üçün önəmlidir!

Düyü qadın sağlamlığı üçün önəmlidir!

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fol turşusu, dəmir və lif: düyünün sağlamlığa inanılmaz faydaları...

Günümüzdə qadınların əməl etdikləri diyetlərin ürək xəstəlikləri, müəyyən xərçəng növləri və buna bənzər bir çox problemləri ehtiva edən xronik xəstəliklərin qarşısının alınmasına yardımçı olduğunu təsdiq edən, qadınlara yönəlmiş bir çox yeni araşdırmalar mövcuddur. ABŞ Düyü Federasiyası aparılan araşdırmalar nəticəsində düyünün hər yaşda qadının sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən fol turşusu və dəmir kimi qida elementlərinə malik, lifli bir qidalandırıcı diyet tərkibi olduğunu bildirir.

Qidalanma üzrə tədqiqatçılar aşağı karbohidrat diyeti dəbinin qadınların folat səviyyələrinin azalması səbəblərindən biri olduğuna diqqət çəkir. Qadınlar eyni zamanda bədəndəki dəmir azlığının səbəb olduğu dəmir anemiyasına da meyillidir. Dəmirin miqdarı kifayət qədər olmadıqda bədən qırmızı qan hüceyrələri üçün yetərli hemoqlobin istehsal edə bilmir. Anemiyanın bu ən çox yayılmış şəkli ABŞ-da qadınların təxminən beşdə birinə və hamilə qadınların yarısına təsir edir. Bu xəstəlik yorğunluq və gücsüzlükdən nəfəs darlığına, baş ağrılarına və ya konsentrasiya itkisinə qədər müxtəlif əlamətlərlə özünü göstərir.

Amerika Diyet Dərnəyinin Qadın Sağlamlığı və Reproduktiv Qidalanma üzrə rəhbəri, diyetoloq Jeanne Blankenshipin fikrincə, ABŞ-da yaşayan qadınların çoxu hələ də gündəlik dəmir və fol turşusu ehtiyaclarını qarşılaya bilmir, halbuki bunlar qadınlar üçün kritik önəm daşıyan iki qida maddəsidir. Düyü qadınlara fol turşusu qəbulu üçün mükəmməl vasitədir. Düyü yağsız ət və az yağlı süd məhsulları, meyvələr, qoz-fındıq və tərəvəzlər kimi qarniri olduğu bir çox qidalara qida elementləri, tutarlılıq və ləzzət qatır.

Yaşam prosesində fol turşusu

Bəzi tədqiqatçılar tərəfindən fol turşusunun eyni zamanda infarkt və beyin qanaması daxil olmaqla ürək xəstəliklərində bir risk faktoru olduğunu göstərən qan homosistein səviyyəsinin aşağı salınmasına da yardımçı olduğu qeyd edilir. Amerika Ürək Dərnəyinin nəşri olan “Circulation”da dərc olunan araşdırma  fol turşusunun zənginləşdirilməsinin beyin qanamasından qaynaqlanan ölüm hallarının azaldılmasında effektiv dərəcədə təsirli olduğunu təsdiq edir. Daha yaxın zamanda aparılan araşdırmalarda isə fol turşusunun yumurtalıq xərçəngi və Alzheimer da daxil olmaqla müəyyən xərçəng növlərinin qarşısının alınmasında təsirini göstərdiyi irəli sürülür.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri