Icma.az
close
up
RU
Düyünü bişirməzdən əvvəl həmişə yumaq lazımdır?

Düyünü bişirməzdən əvvəl həmişə yumaq lazımdır?

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Düyünün bişirilməzdən əvvəl yuyulmasının vacibliyi ilə bağlı aşpazlar açıqlama veriblər.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, düyünü yumaq onun üzərində qalan toz, çirk və artıq nişastanı təmizləyir. Bu isə bişdikdən sonra düyünün bir-birinə yapışmamasına və daha dadlı olmasına kömək edir.

Aşpazlar bildirir ki, ümumilikdə düyünü bişirməzdən əvvəl yumaq tövsiyə olunur. Bu zaman hər bir dənə ayrıca bişir və nəticədə daha yumşaq və dənə-dənə olur.

Xüsusilə suşi üçün istifadə olunan düyü mütləq yuyulmalıdır. Bu, onun düzgün tekstura almasına və həddindən artıq yapışqan olmamasına kömək edir.

Düyünü necə yumaq lazımdır?

Mütəxəssislər tövsiyə edir ki, düyü xırda deşikli süzgəcə qoyulmalı və soyuq su altında yüngülcə qarışdırılaraq yuyulmalıdır. Su tam şəffaf olana qədər bu proses davam etdirilməlidir.

Əlavə olaraq, yuyulmuş düyünü 20-30 dəqiqə saxlamaq faydalı sayılır. Bu, suyun dənələrə bərabər paylanmasına kömək edir və bişirmə zamanı daha yaxşı nəticə verir.

Bəzi hallarda düyünü bişirməzdən əvvəl yarım saat suda islatmaq da tövsiyə olunur.

Lakin hər zaman düyünü yumaq lazım deyil. Məsələn, risotto və ya paelya kimi yeməklərdə düyü yuyulmur. Çünki bu yeməklər üçün nişastanın saxlanması vacibdir. Bu da yeməyə kremvari tekstura verir.

Eyni zamanda, hazır qarışıqlardan istifadə edilən düyülər və üzərində yuyulmasın qeyd olunan məhsullar da yuyulmamalıdır.

Mütəxəssislər vurğulayır ki, düzgün yanaşma seçilən yeməyə bağlıdır. Düyünü necə istifadə edəcəyiniz onun yuyulub-yuyulmamasını müəyyən edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Mart 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri