“Düzgün oyun nümayiş etdirdik” Azər Bağırov
Icma.az, Qol.az saytına istinadən bildirir.
"Şamaxı" Misli Premyer Liqasının 2-ci turunda "Turan Tovuz" ilə qolsuz heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, Şamaxı təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
"Turan Tovuz"a qarşı səfərdə oynamaq çox çətindir. Bu şəhərin futbola olan sevgisini hamımız bilirik. Matçdan əvvəl də futbolçularıma demişdim ki, bizi yaxşı və gərgin oyun gözləyir. Mübariz bir komandaya qarşı oynadıq.
Futbolçularım sona qədər oyundan düşmədilər, mübarizə apardılar. İlk hissədə 1-2 səhvimiz oldu. Amma ümumilikdə komandamın çıxışından razı qaldım. Komandamızı və azarkeşlərimizi mövsümdə ilk xalımız münasibətilə təbrik edirəm".
A.Bağırov rəqibin oyuna topa daha az sahib olmaqla başlamasına da toxunub:
"Rəqibin oyununu təhlil etmişdik. Bilirdik ki, daha çox uzun toplardan və standart vəziyyətlərdən istifadə edirlər. Təhlillərimiz oyunun gedişi ilə üst-üstə düşdü. Düzgün oyun nümayiş etdirdiyimiz üçün bu səfərdən bir xalla ayrıldıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Avqust 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















