Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Düzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? 7 mümkün səbəb

Düzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? 7 mümkün səbəb

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Sağlam qidalar qəbul etməyinizə baxmayaraq çəki atmaqda çətinlik çəkə bilərsiniz. Bunun səbəbi qidalanmanın ümumi prosesin yalnız bir hissəsi olmasıdır. 

Qaynarinfo xəbər verir ki, "Health” nəşrinin yazdığına görə, qidalanma vərdişləri və həyat tərzi arıqlama məqsədlərinə çatmağa mane ola bilər.

Mütəxəssislər bunun bir neçə mümkün səbəbini sadalayıblar.

1. Fərqində olmadan ehtiyacınızdan çox kalori qəbul edirsiniz

Mütəxəssislər bildirirlər ki, ümumi qəbul edilən kalori miqdarı arıqlamada əsas amillərdən biridir. Faydalı və qidalı məhsullar ümumi sağlamlığa müsbət təsir göstərsə də, onların kalorisi mütləq aşağı olmur.

Məsələn, smuzilər, qoz-fındıq, yağlar və qranola gözləniləndən daha çox kalori ehtiva edə bilər. Hətta kiçik porsiyalar belə rasiona əlavə yüzlərlə kalori gətirərək kalori artıqlığı yarada bilər.

2. Özünüzü həddindən artıq məhdudlaşdırırsınız

Nəşr qeyd edir ki, ümumi kalori miqdarını azaltmaq və bəzi məhsulları məhdudlaşdırmaq arıqlama zamanı faydalı ola bilər. Lakin həddindən artıq sərt qadağalar prosesi çətinləşdirə bilər.

Sevdiyiniz yeməkləri tamamilə rasiondan çıxarmaq onlara qarşı istəyi artıra və gələcəkdə həddindən artıq yeməyə səbəb ola bilər.

"Springer Nature Link” platformasında yayımlanan araşdırmalar göstərir ki, çox sərt pəhrizlər daha elastik qidalanma yanaşmaları ilə müqayisədə şəkər və digər yüksək kalorili məhsullara meyli artıra bilər.

3. Zülal və lifə kifayət qədər diqqət yetirmirsiniz

Məqalədə vurğulanır ki, zülal və lif toxluq hissinin yaranmasında və arıqlamada mühüm rol oynayan iki əsas qida maddəsidir.

Bu maddələr həzmi yavaşladır və toxluq hormonlarının ifrazını stimullaşdırır. Nəticədə insan yeməkdən sonra daha uzun müddət tox qalır və ümumi kalori qəbulunu azaltmaq asanlaşır.

"Əgər yeməklərinizə və ara qidalanmalarınıza zülal və lif mənbələri əlavə etmirsinizsə, gün ərzində daha tez ac qala və daha çox qəlyanaltı edə bilərsiniz”, deyə nəşrdə qeyd olunur.

"Journal of Obesity & Metabolic Syndrome” jurnalında yayımlanan araşdırmaya əsasən, balıq, toyuq, zərdab proteini, yunan yoqurtu kimi zülalla zəngin, həmçinin çia toxumu və paxlalılar kimi lifli məhsullar aclıq hissini azaltmağa və toxluğu artırmağa kömək edə bilər.

4. "Faydalı” məhsulları həddindən artıq yeyirsiniz

Bir çox insan sağlam hesab etdiyi məhsulları qəbul edərkən porsiya ölçüsünə diqqət etmir. Bunun səbəbi həmin məhsulların daha az kalorili və arıqlama üçün daha uyğun hesab edilməsidir.

Lakin məhsulun tərkibində daha az şəkər, yağ və ya karbohidrat olsa belə, orqanizmin ehtiyacından artıq miqdarda qəbul edilə bilər.

Məsələn, "Wiley” platformasında yayımlanan araşdırma göstərir ki, "orqanik” etiketi olan məhsullar yüksək kalorili olsa belə, insanlar tərəfindən tez-tez aşağı kalorili kimi qəbul edilir. Bu hadisə "sağlamlıq halosu effekti” adlanır.

5. Yalnız qidalanmaya diqqət yetirirsiniz

Nəşr vurğulayır ki, qidalanma arıqlamanın əsas hissəsi olsa da, digər amillər – fiziki aktivlik səviyyəsi, yuxu və stress də nəzərə alınmalıdır.

Sağlam qidalanıb, lakin hərəkətsiz həyat tərzi keçirmək çəki itirməyi çətinləşdirə bilər. Bundan əlavə, keyfiyyətsiz yuxu və yüksək stress səviyyəsi də arıqlama prosesinə mənfi təsir göstərə bilər.

6. Hazır yeməklərə çox güvənirsiniz

Məqalədə qeyd olunur ki, arıqlamağa çalışarkən evdə daha çox yemək hazırlamaq plana əməl etməyi və məqsədlərə çatmağı asanlaşdırır.

"Əgər hazır yeməklərə və ya restoran qidalarına çox güvənirsinizsə, arıqlamaq daha çətin ola bilər. Restoran yeməkləri və hazır qidalar çox vaxt evdə hazırlanan yeməklərdən daha kalorili olur və daha böyük porsiyalarla təqdim edilir. Bu isə fərqində olmadan daha çox kalori qəbuluna səbəb ola bilər”, deyə məqalədə bildirilir.

7. Kalorini içkilərdən qəbul edirsiniz

Nəşr qeyd edir ki, arıqlamaq üçün sağlam qidalanmağa çalışarkən içdikləriniz də yedikləriniz qədər önəmlidir.

Hətta sağlam hesab edilən bəzi içkilər yüksək miqdarda kalori ehtiva edə bilər. Məsələn, smuzilər, protein kokteylləri və meyvə şirələri gözləniləndən xeyli çox kalori daşıya bilər.

Mütəxəssislər suya və ya aşağı kalorili içkilərə – məsələn, şəkərsiz çay və qazlı suya üstünlük verməyi məsləhət görürlər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 İyul 2026 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri