Icma.az
close
up
RU
“Dyadya Petya”lar Azərbaycandan nə istəyirlər?

“Dyadya Petya”lar Azərbaycandan nə istəyirlər?

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


"Dyadya Petya, tı durak"? Sovet filmlərinin birində bir uşağın onunla kobud, sarsaq zarafat edən kişiyə verdiyi bu sual uzun illər dillərdə əzbər oldu və bu gün də aktualdır. Bu gün həmin sarsaq “dyadya petyalar” Kremlin təbliğatını aparan Rusiya dövlət televiziyalarını, təbliğat kanallarını, sosial media səhifələrini zəbt ediblər.

"Bakupost" azpolitika.info-ya istinadla xəbər verir ki, onlar Rusiyanın Ukraynaya qarşı müharibəsi başda olmaqla, keçmiş SSRİ respublikalarına qarşı yürüdülən işğal, ayrıseçkilik, imperiyaçılıq siyasətini və törətməkdə olduğu ağır hərbi cinayətləri müdafiə etmək üçün ağlasığmaz saxta arqumentlərlə, ittiham və təhdidlərlə çıxış edirlər. Xüsusilə də Ukrayna mövzusunda öz müstəqil, beynəlxalq hüquqa uyğun, cəsarətli mövqeyi olan Azərbaycan kimi qonşu ölkələr və onların liderləri bu “bıdlo-təbliğatçılar”ın, “siyasi texnoloqlar”ın gözünün birinci düşmənidir…

Xəbər verildiyi kimi, Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları – "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov və Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlərin görməsi barədə məlumat yayıb.

Bu başa bəla “ekspertlər” Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər. Onların barəsində cinayət işi başlayıb və həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənar olduqları nəzərə alınaraq, barələrində axtarış elan olunub, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qısa desək, bu adamlar 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar ediblər. Üstəlik, Ukraynanın suveren hüquqlarını, ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycan başçısını hədəf alan iddialar səsləndiriblər.

Bu sınıq-salxaq “üç muşketyor”dan biri olan “siyasi texnoloq” Semyon Uralov iddia edib ki, 1991-ci ilə qədər doğulmuş postsovet ölkələrinin vətəndaşları, o cümlədən bu ölkələrin rəhbərləri, Ukraynanı müdafiə etdikləri üçün hazırkı Rusiya qanunları ilə mühakimə edilərək, məsuliyyətə cəlb oluna bilərlər.

“Durak” ki, “durak”… Onun bu absurd, sarsaq iddiasını studiyadakı ağıllı görkəm almış digər parabeyinlər də boş başlarını yelləyərək məmnuniyyətlə təsdiqləyiblər. Bunların olmayan məntiqi ilə sən demə, Rusiyanın özünün rəsmən müstəqilliyini tanıdığı qonşu ölkələrin vətəndaşları, üstəlik hətta dövlət başçıları, Rusiyanın özünün dağıtdığı SSRİ-də doğulduqları üçün Rusiya qanunlarına tabe olmalıdırlar və Ukraynanın suveren hüquqlarına hörmət etdikləri üçün məsuliyyətə cəlb edilməlidirlər. Düşünmək olar ki, Kreml təbliğatının yuvarlandığı absurd primitivliyin bundan o yanası yoxdur. Amma var…

Əslində, Azərbaycan Baş Prokurorluğu axmaqlığın, boşboğazlığın dibini vuran bu şərəf və qeyrət yoxsulu “petyaları” axtarışa verib adlarını hallandırmaqla, onları xeyli şərəfləndirmiş olub. Bu gün Rusiyanın daxili və mühacir mediası, eləcə də bütün postsovet məkanındakı media orqanları bu xəbərə yer verib və Rusiyanın özündə belə heç kimə lazım olmayan, böyük əksəriyyətin tanımadığı bu sarsaqları bir növ reklam ediblər. Ancaq Azərbaycan tərəfinin, xüsusilə də bu diskussiyada Rusiya nəqliyyat nazirinin müşaviri statusundakı rəsmi şəxsin – Çadayevin də iştirakını nəzərə alaraq onlara qarşı sırf hüquqi alətlərdən istifadə etməsi və bu təxribatı cavabsız qoymaması təbiidir. Belələrinə vaxtında layiq olduqları yeri göstərib, nəfəsliyini kəsmək lazımdır.

İndi bu “dyadya petyalar”a ən azından istirahət üçün sevə-sevə çox getdikləri Türkiyənin qapıları bağlandı. Azərbaycan onları İnterpol xətti üzrə axtarışa verdikdən sonra onlar elə digər ölkələrə də səfər etməzdən əvvəl yaxşı-yaxşı düşünməli olacaqlar…


Ümumiyyətlə, son illərdə baş verənlər göstərdi ki, bizim rus cəmiyyəti, mədəniyyəti, elitası, ziyalısı və s. barədə təsəvvürümüz həddindən artıq şişirdilib. Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi fonunda bu cəmiyyətin, onun həm alt, həm də üst təbəqələrinin insanlıqdan, əxlaqdan, mədəniyyətdən uzaq davranışı, şovinizmi, aqressivliyi, primitivliyi, eyni zaman da hakimiyyətin hər cür cinayətlərinə haqq qazandıran müti susqunluğu və məddahlığı böyük təəccüb, təəssüf və heyrət doğurur. Müharibə sanki bu dövlətin, cəmiyyətin bütün eybəcərliklərini daha açıq şəkildə ortaya qoydu, üstəlik, yuxarıda adı çəkilən təbliğat tulaları kimilər də onun çirkin simasını daha da simasızlaşdırdı, idbarlaşdırdı…


“Cəhənnəmə gedən özünə yoldaş axtarar” deyirlər. Hazırkı Rusiyanın yönü qətiyyən cənnətə tərəf deyil və bu yolun uçuruma doğru getdiyini elə rusların da çoxu anlamağa başlayıblar. Ukraynada bataqlığa saplanaraq, çabalamaqda olan Rusiyanın qonşu ölkələri öz cinayətlərinə ortaq etmək cəhdləri, onlardan Ukarynaya qarşı işğalçılıq, imperiyaçılıq siyasətini dəstəkləmələrini tələb etməsi absurd və mənasızdır.

Absurd olan həm də odur ki öz ordusu, dövləti, rəhbərliyi xirtdəyə qədər cinayətə bulaşmış, prezidenti Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən ağır cinayətlərdə mühakimə edilərək axtarışa verilən bu “izqoy” ölkənin təbliğatçıları, sadəcə Ukraynanın beynəlxalq qanunlarla tanınan suveren hüquqlarına və ərazi bütövlüyünə hörmət etdikləri üçün qonşu ölkələri, onların rəhbərlərini təhdid edirlər. Bu, həyasızlığın, başıpozuqluğun dibinin vurulması və cəzasızlıqdan şişərək bütün əndazələri aşan qudurğanlığın göstəricisidir.

Nə qədər paradoksal görünsə də, bu həm də çarəsizliyin, əlacsızlığın etirafı və aciz iniltisidir. Çünki bu “petyalar”ın və onların himayədarlarının Azərbaycan kimi öz ayaqları üstə möhkəm dura bilən iradəli ölkəyə, onun rəhbərinə kənardan hürməkdən başqa əllərindən heç nə gəlmir və gəlməyəcək də!


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Avqust 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri