DYP dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qaydalarla bağlı piyadalara müraciət edib.
İdarədən Milli.Az-a verilən məlumata görə, yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir:
"Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.
Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır".
Bildirilib ki, xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir:
"Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir.
Yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:134
Bu xəbər 23 Sentyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















