DYP dən piyadalara XƏBƏRDARLIQ
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirakçısı kimi piyadalara müraciət edərək bildirib ki, ictimai nəqliyyatı minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləsinlər.
Bu barədə Milli.Az-a BDYPİ-dən bildirilib.
"Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.
Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.
Dəyərli piyadalar!
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır", - idarədən əlavə olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Fevral 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















