Icma.az
close
up
RU
Əbdüləziz Kamilov: Özbəkistan və Azərbaycan yeni geoiqtisadi məkan formalaşdırır

Əbdüləziz Kamilov: Özbəkistan və Azərbaycan yeni geoiqtisadi məkan formalaşdırır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 mart, AZƏRTAC

Özbəkistan ilə Azərbaycan arasında münasibətlər son illərdə çox dinamik şəkildə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə çıxır.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini – Prezidentin xarici siyasət məsələləri üzrə xüsusi nümayəndəsi Əbdüləziz Kamilov jurnalistlərə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, əməkdaşlığın intensivləşməsi əsasən iki ölkə liderləri - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan yaxın və etibarlı münasibətlərdən irəli gəlir.

“Bu gün ölkələrimiz arasında ən yüksək əməkdaşlıq və etimad səviyyəsi qurulub. Bu münasibətlər müttəfiqlik xarakteri daşıyır. İqtisadi əməkdaşlıq fəal şəkildə inkişaf edir və humanitar əlaqələr genişlənir”, - deyə o qeyd edib.

Əbdüləziz Kamilov vurğulayıb ki, Özbəkistan və Azərbaycan hazırda təkcə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün deyil, həm də iki böyük region - Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığı gücləndirmək üçün çalışır.

“Məqsədimiz Mərkəzi Asiyanı Cənubi Qafqazla birləşdirərək nəticə etibarilə yeni geosiyasi və geoiqtisadi məkan yaratmaqdır. Bu istiqamətdə Azərbaycan Prezidentinin Özbəkistana səfəri və Mərkəzi Asiya sammitində iştirakı zamanı səmimi qarşılıqlı anlaşma əldə edilib”, - deyə xüsusi nümayəndə bildirib.

O qeyd edib ki, bu gün Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlir: “Deyə bilərik ki, artıq biz beş Mərkəzi Asiya dövləti deyilik, qardaş Azərbaycanla birlikdə altı dövlətik”.

Təhlükəsizlik Şurası katibinin müavini, həmçinin Qlobal Bakı Forumunun aktual qlobal məsələlərin müzakirəsi üçün nüfuzlu beynəlxalq platforma kimi əhəmiyyətini qeyd edib.

“Özbəkistan nümayəndə heyəti Qlobal Bakı Forumunda ilk dəfə iştirak edir. Fürsətdən istifadə edərək, səmimi qonaqpərvərliyinə və bu tədbirin əla təşkilinə görə azərbaycanlı qardaşlarımıza səmimi təşəkkürümü bildirmək istəyirəm. Onlar dialoq üçün unikal beynəlxalq platforma yaratmağa nail olublar”, - deyə o vurğulayıb.

Əbdüləziz Kamilovun fikrincə, bugünkü mürəkkəb və gözlənilməz beynəlxalq mühitdə bu cür platformaların mövcudluğu xüsusilə vacibdir: “Bəzən dialoqun olmaması dövlətlər və liderlər arasında anlaşılmazlıqlara səbəb olur ki, bu da qarşıdurmaya və hətta münaqişəyə səbəb ola bilər. Bu cür forumlar bizə fikir mübadiləsi, müzakirələr aparmağa və qarşılıqlı anlaşma tapmağa imkan verir”.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı çıxışına diqqət çəkib. “Azərbaycan Prezidenti çıxışında beynəlxalq münasibətlərin inkişafı üçün təhlükəsizliyin və sabitliyin strateji əhəmiyyətini aydın şəkildə qeyd edib. Məhz bu amillər dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün ən vacib şərtdir”, - deyə o bildirib.

Əbdüləziz Kamilov, eyni zamanda, nəqliyyat dəhlizlərinin, xüsusən də Orta Asiya ilə Cənubi Qafqazın birləşdirilməsində mühüm rol oynayan Orta Dəhlizin inkişafına da xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.

“Bu məsələyə xüsusi panel həsr olunub. Orta Dəhliz iki böyük regionu birləşdirən vacib bir kanala çevriləcək. Söhbət təkcə nəqliyyat və enerji marşrutlarının inkişafından deyil, həm də iqtisadi imkanların genişləndirilməsindən gedir”, - deyə Özbəkistan Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

O, əlavə edib ki, bu cür layihələrin həyata keçirilməsi iqtisadi əməkdaşlığı təşviq etməklə yanaşı, ölkələr arasında mədəni və humanitar əlaqələri də gücləndirəcək.

“Bir çox iştirakçı qeyd edib ki, söhbət yalnız iqtisadi ölçüdən getmir. Bu cür təşəbbüslər xalqlarımız arasında mədəni və humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək”, - deyə Əbdüləziz Kamilov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Mart 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri