Icma.az
close
up
RU
Müzəffər Kamilov: “Azərbaycan dini tolerantlığı və vicdan azadlığını təmin edir”

Müzəffər Kamilov: “Azərbaycan dini tolerantlığı və vicdan azadlığını təmin edir”

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, bu fikirləri Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, dünyəvi dövlət prinsiplərinə sadiqliyini qoruyaraq, Azərbaycan ardıcıl və səmərəli şəkildə dini tolerantlığı və vicdan azadlığını təmin edir:
“Bu model dövlətin bütün konfessiyalara qarşı bərabər, qərəzsiz və ədalətli münasibətini təcəssüm etdirir, cəmiyyətdə dini həmrəyliyin, qarşılıqlı hörmətin və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Özbəkistan və Azərbaycan xalqlarını ümumi tarixi köklər, türk mədəni məkanı və zəngin mənəvi irs birləşdirir. Buxara və Səmərqənd, Gəncə və Naxçıvan kimi elm və maarif mərkəzləri vasitəsilə alimlərimiz bir-biri ilə sıx əlaqədə olmuş, dahi şəxsiyyətlərin – Nizami Gəncəvinin, Əlişir Nəvainin irsi isə Özbəkistanla Azərbaycanı birləşdirən möhkəm sivilizasiya təməlini formalaşdırmışdır.
Bu düşünülmüş və sistemli siyasətin həyata keçirilməsində Özbəkistan Respublikasının Prezidenti hörmətli Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin birgə iradəsi və səyləri həlledici rol oynayır. Bu islahatlar nəticəsində ölkələrimizdə dövlət–din münasibətləri sahəsində konstitusion normalara ciddi riayət edilməsi, milli və dini dəyərlərin qorunması, eləcə də dini ekstremizm və radikalizmə qarşı qətiyyətli mübarizə prinsipləri ardıcıl şəkildə həyata keçirilir”.
O əlavə edib ki, bu gün Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun ən mühüm regional və beynəlxalq mərkəzlərindən biri kimi tanınır: “Dünyəvilik və dindarlıq dünyanı və insan həyatının mahiyyətini dərk etməyin fərqli, lakin bir-birini tamamlayan formalarıdır. Dünyəvilik dini təşkilatların siyasi strukturlardan ayrılmasını və dindarlığın hamı üçün məcburi əsas kimi zorla qəbul etdirilməsinin yolverilməzliyini nəzərdə tutur.
Dindarlıq isə daxili inam halıdır və onun məcburi şəkildə təlqin edilməsi heç bir dini prinsipə uyğun gəlmir. İslamda dünyəvilik dinə yad bir hadisə kimi qiymətləndirilmir. İslamın müqəddəs mənbələrində – Qurani-Kərimdə və Sünnədə – dünyəvilik ideyaları ilə səsləşən prinsiplərin əsasları mövcuddur. Azərbaycan və Özbəkistanın təcrübəsi aydın şəkildə göstərir ki, ölkələrimizi ümumi tarix, qohum dil, vahid mədəni məkan və eyni sivilizasiyaya mənsubiyyət birləşdirir. Məhz buna görə xalqlarımızın dünyagörüşü, dəyərlər sistemi və cəmiyyətə münasibəti ümumi mənəvi mənbə əsasında formalaşıb.
Türk xalqlarının tarixi boyunca dövlətçilik, hüquqi düşüncə və kollektiv məsuliyyət ənənələri ahəngdar şəkildə inkişaf etmişdir. Bu tarixi təcrübəyə əsaslanaraq, Azərbaycan və Özbəkistan dini cəmiyyətin mənəvi dayağı kimi qəbul etməklə yanaşı, onun dövlət idarəçiliyi və siyasi proseslərin alətinə çevrilməsinə yol verilməməsi prinsipinə ardıcıl şəkildə sadiq qalırlar. Bu isə türk dünyasında dünyəvi dövlətçiliyin, sosial sabitliyin və dinlərarası tolerantlığın təmin edilməsinin zamanın sınağından çıxmış, ümumi və səmərəli yolunun mövcudluğunu təsdiqləyir.
Müasir şəraitdə elmi-ekspert dialoqunun genişləndirilməsi, təcrübə mübadiləsi, eləcə də birgə tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə forumlar dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, ümumi problemlərin birgə həllinə və dayanıqlı inkişafa xidmət edir”.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri