Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycan, Qazaxıstan və Özbəkistan birlikdə üçbucaq formalaşdırır AÇIQLAMA

Azərbaycan, Qazaxıstan və Özbəkistan birlikdə üçbucaq formalaşdırır AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Mərkəzi Asiya respublikaları ilə Azərbaycan arasında olan münasibətlərin ölkəmizə nələr bəxş edə biləcəyini söyləmək üçün birmənalı şəkildə Mərkəzi Asiyanın iqtisadi potensialına baxmaq lazımdır".

Bu fikri Redaktor.az-a iqtisadçı Eldəniz Əmirov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərindən və Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv olması qərarının qəbul olmasından danışarkən bildirdi.

"Bu gün Mərkəzi Asiya dünyanın ən sürətlə böyüyən regionlarından biridir. Təsəvvür edin ki, qlobal iqtisadi inkişafı ortalama olaraq iki dəfə üstələməklə 6,2 faizlik iqtisadi artıma sahib olan bir regiondur. 2024-cü ildə 500 milyard dolları keçən nominal ÜDM-ə sahib olmuşdular. Bu ilin sonuna isə ümumiyyətlə 700 milyard dollara yaxınlaşacağı gözlənilir. Yəni söhbət bu qədər potensiallı bir regiondan gedir. Eyni zamanda bu region uğrunda ABŞ və Çinin hazırda yumşaq mübarizəsi gedir. Bəzi hallarda bu yumşaqlığı pozaraq aqressiyaya, sərt ritorikaya səslənən, sərt tarif siyasətləri ilə hədələnən bir mübarizə formatında biz görürük. Nəticə etibarilə üzərində bu qədər rəqabəti formalaşan Mərkəzi Asiya ölkələri son səkkiz ildə öz aralarında beş dəfədən artıq ticarət dövriyyəsini yüksəldiblər".

Ekspertin sözlərinə görə, bu, sadə bir göstərici deyil, bu çox ciddi bir göstəricidir.

"Çin kapitalı böyük ölçüdə Mərkəzi Asiyaya ünvanlanıb. ABŞ bilavasitə bu regionu özünə cəlb etmək istəyir. Belə bir durumda Azərbaycan bu iki nəhəng xəttin logistik mərkəzinə çevrilib. Buna görə də Mərkəzi Asiya ilə əməkdaşlıq formatı təkcə siyasi kontekstlərlə bitmir. Burada yeni iqtisadi məkan formalaşır. Xəzərin şərqi, qərbi arasında, Azərbaycan, Qazaxıstan və Özbəkistan birlikdə bir xəritə döngəsi, üçbucaq formalaşdırır".

İqtisadçı Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması qərarının qəbul olmasından da danışdı.

"Azərbaycanın qərar masasında səs sahibi olmaq imkanını əldə etməsi Azərbaycan üçün əsas 3 dividend ortaya qoyur. Birincisi, iqtisadi inteqrasiyadır. Bu gün Mərkəzi Asiya bazarı bizim üçün çox önəmlidir. Biz orada tərəfdaşıq, bir vahid coğrafiya formalaşdırırıq. Enerji, logistika, aqrar sektor, sənaye və digər istiqamətlər üzrə inkişaf trayektoriyasının institusional çərçivəsi cızılır. İkinci bir faktor geosiyasi çəkidir. Region ABŞ və Çinin rəqabətinin mərkəzinə çevrilib. Belə bir vaxtda Azərbaycanı balanslı aktyor kimi düşünürəm ki, həm siyasi baxımdan, həm iqtisadi baxımdan, həm digər komponentlər baxımından böyük üstünlüklər, yəni dividend əldə edir. Üçüncüsü, dividend olaraq nəqliyyat liderliyini qeyd edə bilərik. Çünki şərq-qərb dəhlizinin əsas həlqəsi Azərbaycandır. Bu həlqəni Zəngəzur dəhlizi daha da gücləndirəcək. Mərkəzi Asiyanın Türkiyə və Avropaya çıxışının bəlkə də 75 faizi bilavasitə bizim coğrafiyadan, Azərbaycan üzərindən keçə bilər", - deyə Eldəniz Əmirov vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri