Əbdürrəhimbəy Haqverdiyevin Seçilmiş əsərləri İngilis dilində, kitabının təqdimatı keçirilib
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 5-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi ilə Tərcümə fakültəsinin birgə təşkilatçılığı ilə “Şuşa əbədi mühiti: Əbdürrəhimbəy Haqverdiyev irsinin təbliği” layihəsi çərçivəsində Əbdürrəhimbəy Haqverdiyevin “Seçilmiş əsərləri” İngilis dilində, kitabının təqdimatı keçirilib.
Təqdimatda Əbdürrəhimbəy Haqverdiyev Mərkəzinin sədri, ədibin nəticəsi Eldar Məlik-Abbas tərəfindən Əbdürrəhimbəy Haqverdiyevin “Seçilmiş əsərləri” kitabının, eləcə də audio kitabının ilk dəfə ingilis dilində nəşr olunmuş variantı təqdim edilib. Təqdimat ingilis və Azərbaycan dillərində aparılıb.
Audio kitab Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin DSpace Rəqəmsal Arxivinə də daxil edilib:
ttp://dspace.adu.edu.az:4000/collections/d6529f2d-5a64-4ca3-b6db-9ece4e1c249d?spc.page=2.
Tədbirdə Eldar Məlik-Abbas, Bakı milyonçusu və xeyriyyəçi mərhum Ağamusa Nağıyevin nəvəsi, professor Dilarə Nağıyeva, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni və Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva çıxış ediblər.
Qeyd olunub ki, bu kimi kitab təqdimatları tələbələrin mütaliəyə marağının artırılması, dünyagörüşünün genişləndirilməsi və intellektual inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərə yeni nəşrlərlə tanış olmaq və əsərin əsas ideyasını daha dərindən anlamaq imkanı yaradır.
Təqdimatın sonunda hər iştirakçı tələbəyə ingilis dilində “Seçilmiş əsərləri” kitabı hədiyyə edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Oktyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















