Icma.az
close
up
RU
Özbəkistanda Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib

Özbəkistanda Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistan Yazıçılar İttifaqında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi olub.

525.az-ın xəbərinə görə, Azərbaycanın Özbəkistandakı səfirliyindən bildirilib ki, tədbirdə görkəmli dövlət və ictimai xadimlər, şairlər, yazıçılar, ədəbiyyatşünas alimlər, tərcüməçilər və tələbələr iştirak ediblər.

Mərasimi Özbəkistan Yazıçılar İttifaqının sədri, şair Siracəddin Səyyid açaraq Məhəmməd Füzulinin yaradıcılığı haqqında geniş məlumat verib. Onun sözlərinə görə, şairin demək olar ki, bütün əsərləri özbək dilinə tərcümə olunub və Füzuli poeziyası bütün türk xalqları arasında böyük sevgi və ehtiramla oxunur. Xüsusilə “Leyli və Məcnun” poemasının özbək xalqı üçün son dərəcə əziz və dəyərli olduğu vurğulanıb.

Daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxış edərək bildirib ki, Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının nəşri Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin son illər dövlət başçıları səviyyəsində ardıcıl və sistemli şəkildə inkişafının bariz nümunəsidir. O vurğulayıb ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin kitaba yazdığı ön söz nəşrə xüsusi dəyər qatmaqla yanaşı, özbək və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı hörmət ruhunu əks etdirir və Azərbaycan Prezidenti İlham Əliyevin humanitar sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində apardığı siyasətlə səsləşir.

Tədbirdə, həmçinin Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, onlayn formatda həmin şöbənin əməkdaşı Yaşar Qasım, özbək alimləri — professor Maqsud Əsədov, filologiya elmləri doktoru Gülbahar Aşurova və digərləri çıxış ediblər. Çıxışlarda Məhəmməd Füzulinin təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Şərq klassik poeziyasının böyük söz ustadı olduğu qeyd edilib.

Qeyd edək ki, kitab Özbəkistan Yazıçılar İttifaqı və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşəbbüsü ilə Daşkənddə “Zilol buloq” nəşriyyatında nəfis tərtibatla çap olunub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev kitaba “Özbək və Azərbaycan xalqlarının birliyi” adlı ön söz yazıb. Nəşrdə şairin “Divan”ı, “Leyli və Məcnun”, “Bəngü badə”, “Meyvələrin söhbəti” poemaları və qəzəlləri yer alıb.

Kitabı nəşrə hazırlayan, lüğət və izahların müəllifi Mirzə Kenjabekdir. Nəşrin hazırlanması zamanı Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin kitabxanasında saxlanılan nəstəliq xətti ilə yazılmış “Divani Mövlana Füzuli” və “Divani Füzuli” əlyazmalarından, Türkiyənin Süleymaniyyə kitabxanasında qorunan “Divani Füzuli əleyhir-rəhmə” əlyazmasının bir nüsxəsindən, eləcə də Səidjon Taşmuhamedov ailəsində saxlanılan “Divani Füzuli maa Leyli və Məcnun” litoqrafik nəşrindən istifadə olunub. Kitaba Məhəmməd Füzulinin əvvəllər nəşr olunmayan əsərləri də daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri