Icma.az
close
up
RU
Əbədiliyin sirri, qadınlar və Milena Ölümün qoxusu necədir?

Əbədiliyin sirri, qadınlar və Milena Ölümün qoxusu necədir?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Ömər Xəyyamın "Kolonya və koloniya" yazısını təqdim edir.


Kolonya və koloniya

...1792-ci il. Katolik keşiş gənc tacir Vilhelm Mülhensə diriliyin, əbədiliyin iksiri hesab edilən “Möcüzə suyu” adlı məhlulun sirrini verir.
Çox keçmir, Mülhens bu bahalı hədiyyənin məşhurluğunu, sehrini pula çevirir.
Belə ki, tacir “Möcüzə suyu”nun reseptinə şərab əlavə edir, qablaşdırır, qabları çeşniliyir, çeşidləyir və satışa çıxarır.
Əslində bu möcüzəvi məhlulun sirrini Kölnə tarixin ilk kolonya istehsalçısı Feminis İtaliyadan gətirmişdi.

“Kolonya suyu”, “Heyranlıq iksiri” adıyla istehsal edilən kolonyaya tələbat çoxaldıqca Feminis floranın sirrindən agah olan italyan Mariya Farinanı Kölnə dəvət edir və beləcə, kolonya təkmilləşdirilir.
Kolonya əvvəl-əvvəl tibbi vasitə kimi istifadə edilirdi: yaraları sağaltmaq üçün, yaxud ağız qoxusuna qarşı.
Bəziləri yorulanda, həyəcanlananda şəkərlə, şərabla qarışdırıb qəbul edirdi, bəzi qadınlar eləcə kosmetik vasitə kimi üzlərinə, bədənlərinə sürtürdü.
****
"4711 kolonyası"nın ənənəvi flakonu:


Tibb ki, inkişaf edir, dərman adıyla satılan məhlulların faydalılığı, tərkibi öyrənilir, həmin gündən kələkbazlar da faş olur.
Mülhens bu qarğaşadan yaxasını qurtarır, möhtəkir tez dəbərir: “Kolonya suyu”nu ətir kimi qeydiyyata salır, deyir, bu tibbi yox, kosmetik vasitədir, iksir-zad deyil, eləcə ətirdir.
1794... fransızlar Kölnü işğal edir.
Küçələrin adları dəyişdirilir, mənzillər və həmin vaxt “pula pul deməyən” Mülhensin emalatxanası nömrələnir: “4711”

Və beləcə, məşhur "iksir" o gündən bu günəcən – artıq 231 ildir ki, eyni tərkibdə, eyni qablaşmada “4711 kolonyası” adıyla istehsal edilir.
Mənzillərin nömrələnməsinə dair sənəd:


****

...İkinci Dünya müharibəsi bitir.
Müttəfiq dövlətlərin təşəbbüsü ilə nasizm rejiminin vəzifəlilərini cəzalandırmaqdan ötrü Nürnberq məhkəmə prosesi başlayır...

Hitlerin “adamdöyənləri”ndən bəziləri Cənubi Amerikaya qaçmışdı, bəziləri özünü güllələmişdi, bəzisini gecənin xain vaxtı yatdığı divandaca yaxalamış, əl-qolunu bağlayıb haqq-ədalət divanına gətirmişdilər, fəqət, Ravensbrük və Auşvitz əsir düşərgələrinin 22 yaşlı femme fatalesi, nasizmin ən məşhur, ən yüksək çinli qadın nəzarətçisi, qurbanların “Auşvitz kaftarı” adlandırdıqları İrma Qreze qolu qandallananda da, barəsində ölüm hökmü veriləndə də tükünü tərpətməmiş, əbədiyyətin vahim qaranlığına boyun əyməmiş, izahımüşkül iyrənc əməllərini bir-bir etiraf etmişdi.
Biseksual, sadist İrma, sözün əsl mənasında, əsirlərə qan uddururdu; ölənəcən döyürdü, su əvəzinə qanlarını içməyə məcbur edirdi, xoşuna gəlməyən əsirləri qaz kameralarına göndərirdi.
Əsirlər də çalışırdılar ki, onun xoşuna gəlsinlər: daha yaxşı döyülürdülər, daha yaxşı zorlanırdılar, daha yaxşı sevişirdilər, daha yaxşı bayılırdılar, – yetər ki, qaz kameralarına göndərilməsinlər; ölə-ölə yaşamağa razıydılar, yaşaya-yaşaya ölməyə razı deyildilər.

30 min qadın, 10 min kişi əsirin saxlanıldığı ikibloklu düşərgənin baş nəzarətçisi İrma Qreze təkcə yəhudilərin yox, eləcə də qaraçıların, geylərin, antisosialistlərin "ac kaftarı" idi.


İrma Qreze Auşvitz düşərgəsində:


Qurbanlar onu görəndə titrəyirdilər, girməyə deşik axtarırdılar, fəqət həm də ona yaxınlaşmaq istəyirdilər: döysün, söysün, lap bir-iki qamçı da vursun...
Axı İrma Kölndə istehsal olunan “4711 kolonyası” adı ilə məşhurlaşmış (4711 Echt Kölnisch Wasser) limon kolonyasından istifadə edirdi...

Yuyunmayan əsirlərin kəsif qoxusu, ölüm qorxusunun iyi, nəcasət, rütubət, tər... yandırılan meyitlər... və 22 yaşlı femme fatalenin odekolonu...
Özümü yazıçılığa qoyub yazıram ki, İrmanın ətri əsirlərdən ötrü hasarın o tayındakı azadlığa qovuşmaq ümidi idi; beləcə, əsirlər ötəri olsa da, insan olduqlarını xatırlayırdılar...

Beləliklə, düşmənin ətri bataqlıqda saman çöpünə, ümidsizliyin qaranlığında nəfəsliyə çevrilmişdi...
Yozef Mengele:


Düşərgədə “4711 kolonyası”ndan nasizm rejiminin əsas sütunlarından biri, “Ölüm mələyi”, yaxud “Ağ ölüm” ləqəbiylə tanınan, antropologiya və fenotip-genotip üzrə doktorluq dərəcəsi almış, tədqiqatçı Yozef Mengele də istifadə edirdi.

Mengele inanırdı ki, yəhudilərin spesifik qoxusu var.

Hitler “Mənim mübarizəm” kitabında yazırdı: “Yəhudilərin xas qoxusu var. Yaxınlaşanda ürəyim ağzıma gəlir. Onlar suyu sevmirlər. Yəhudi – mikrobdur...”
****
...sevgili Milenanı xatırlayıram...
Milena 1896-da Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, aristokrat ailədə doğulsa da, aristokratiyanı, bürokratik əngəlləri bəyənmirdi, üstəlik, bir yəhudiyə aşiqdi... və beləcə, atası onu ruhi əsəb xəstəxanasına göndərir.
O ağır günlərdə sevgili Milena narkotik vasitələr qəbul edir, dərin depressiyaya düşür, aqressivləşir, fəqət qəfil ayılır, özünə söz verir və qisas almaq üçün arınır.
Nəhayət, xəstəxanadan çıxır, atasından imtina edir. Yazır, tərcümə edir... Elə həmin vaxt Kafkayla tanış olur, onun bir neçə əsərini çex dilinə tərcümələyir...
Ədəbi proses, düşüncə oxşarlığı onları yaxınlaşdırır, işgüzar əməkdaşlıq sevgiyə çevrilir.
Qısa müddətlik sevgi məktublarla davam edir: o yazır, bu yazır, o yazır, bu yazır və zamanla Kafka kağızüstü münasibətin sağlamlığına ciddi zərbə vurduğunu hiss edir. Beləcə, Milenadan ayrılır...


Kafka və Milena

Milena, nəhayət, bu ağrını da adlayır...
Atası, sonra sevgilisi... günlər keçir və onun içərisindəki etirazçı, müxalif qadın təzədən oyanır: Avropada fəaliyyət göstərən sosialist qruplara qoşulur, nasizm əleyhinə qəzetlər, səhifələr, bukletlər hazırlayırlar.
Bir neçə il gizli fəaliyyət göstərsə də, 1944-də həbs edilir, Ravensbrük həbs düşərgəsinə göndərilir...
Xatırladınız? İrma Qreze də məhz bu düşərgədə nəzarətçi olub...
Bu iki qadını birləşdirən təkcə Ravensbrük yox, həm də “4711 kolonyası” idi...
Milena düşərgəyə nə atasını, nə yəhudi sevgilisini, nə də Kafkanı gətirmişdi... 4711 nömrəli siyasi məhkum Milenanın əlində bir şüşə “4711” vardı və əsirlər onu “sevgili 4711” kod adıyla çağırırdılar...

Qeyd edim ki, çağdaş fransız sənətçisi Quadronun hazırladığı “4711 kolonyası” installyasiyası 1996-cı ildə məşhur Pompidou sənət mərkəzində təqdim edilib.
İnstallyasiya Milenanın ətəyi formasındadır.

Postmodern sənətçi İkinci Dünya müharibəsini Milenanın “4711” yazılmış ətəyi ilə ifadə edib.

Quadronun hazırladığı “4711 kolonyası”
Pompidou sənət mərkəzi. 1996.

ardı var...

Evlilik hekayəsi - Kim kimin payıdır? Rusiyalı aktyor vəfat etdi "Oskar" namizədlərinin açıqlanma tarixi dəyişdirildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Yanvar 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see575

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see244

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see229

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see152

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see149

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see143

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see141

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see138

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see138

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see134

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see132

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see131

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see130

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see129

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see128

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see125

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see124

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri