Icma.az
close
up
RU
Əbədiyaşar sənətkar FOTOLAR

Əbədiyaşar sənətkar FOTOLAR

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biri olan

Səxavət Məmmədov Azərbaycan mədəniyyətinə, incəsənətinə dahilər bəxş etmiş Qarabağ torpağında Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açmışdır. Elə həmin torpağın suyundan, udduğu havasından bulaq kimi qaynar, coşğun səsin mənbəyi gəlirdi. Deyirlər, Qarabağ torpağnda körpələr də “Segah” üstündə ağlayır. Elə bu baxımdan S.Məmmədovun oxuduğu mahnılar da “Segah” ladında idi. “Ay bəri bax”, “Uca dağar”, “Yar bizə qonaq gələcək”, “Ay çıçək”, “Sarı bülbül”, “Külək” kimi mahnılar onun bənzərsiz səsi və “Segah”ın naləsi ilə birləşib qəlbimizin ən incə tellərinə oxşayır. “Azad bir quşdum” mahnısının ən gözəl ifaçılarından biri olan S.Məmmədov bu misralara möhrünü vurarkən sanki gənc yaşında torpağa düşəcəyini hiss etmişdi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 6 dekabr 2024-cü il tarixində İrsimizin Tədqiqi və Təbliği ictimai birliyinin təşkilatçılığı ilə unudulmaz sənətkar Səxavət Məmmədovun anadan olmasının 70 illik yubileyinə həsr olunan “Azad bir quşdum” adlı ədəbi-bədii gecə keçirildi.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova açdı. O, Azərbaycanın görkəmli xanəndəsi Səxavət Məmmədov işığına yığışan tədbir iştirakçılarını və gələn qonaqları salamladı. Sonra sözü İrsimizin Tədqiqi və Təbliği ictimai birliyinin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Səadət Təhmirazqızıya verdi. S.Təhmirazqızı Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri olan Səxavət Məmmədovun həyat və yaradıcılığına istinad edərək muğam ifaçılığına verdiyi töhvələrdən söhbət açdı. S.Təhmirazqızı əgər Səxavət yol qəzasında dünyasını dəyişməsəydi, onun da adı bizim şəhidlərin sırasında olacağını bildirdi və qeyd etdi ki, Səxavət musiqimizn şəhidi və ustadı olaraq, yaddaşlarda yaşayacaq!

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti Təhmiraz Şirinov, kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudbəyov, Əməkdar Mədəniyyət işçisi, nasir, publisist, Səxavət Məmmədov haqqında yazdığı “Səsin ruhu” kitabının müəllifi Mustafa Çəmənli, Ü.Hacıbəyli adıına BMA-nın elmi işçisi, doktorant Nigar Bayramova, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əlizadə, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qarmon ifaçısı Aydın Əliyev, rəssam Minayə Feyzullayeva, Əli Yunisov ölməz sənətkarla bağlı xatirələrini və öz ürək sözlərini söylədilər. Qeyd etmək istəyirəm ki, 1971-ci ildə A.Zeynallı adına Musiqi

Texnikumunda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənən S.Məmmədov 1976-cı ildə “Humayun” ansamblının solisti olub. S.Məmmədov Qarabağ hadisələrinin ilk illərində yaratdığı “Qarabağ” instrumental ansamblı ilə yer kürəsini gəzib dolanır, muğamımızla yanaşı Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Tədbir zamanı Səxavət Məmmədovun İsrail səfərindəki konsertindən, televiziya çəkilişləri və toy şənliklərindəki arxiv lent yazılarından kadrlar nümayiş etdirildi. Səxavət Məmmədovun 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğramadan bir gün öncə toy mərasimindəki son görüntüləri tədbir iştirakçılarını göz yaşlarına qərq etdi.
Tədbirin sonunda S.Təhmirazqızı yubiley tədbirinin keçirilməsinə şərait yaratdığına görə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya və arxiv materiallarının toplanılmasında xüsusi xidməti olan Sadiq Hüseynova İrsin Tədqiqi və Təbliği ictimai-birliyi adından “Təşəkkürnamə”ləri təqdim etdi.
Bu gün 70 illik yubileyini qeyd etdiyimiz ustad xanəndə Səxavət Məmmədov əbədi yaşayan sənətkarlardandır. Onun insan ruhunu oxşayan, qəlbinə süzülən, bənzərsiz səsi əbədiyaşarlığının təminatçısıdır. Və mən xoşbəxt insanam ki, Səxavət Məmmədovu canlı olaraq görmüşəm. Əmimin Buzovnada keçirilən toy məclisində xanəndə Səxavət Məmmədov idi. Həmin toy şənliyində dayım Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, şair Tofiq Bayram da iştirak edirdi. S.Məmmədov şair Tofiq Bayramın sözlərinə yazılmış “Əziz dostum” (musiqisi Qulu Əsgərov) və “Ay gecikən məhəbbətim” (musiqisi Bəhram Nəsibov) mahnılarını ifa etdi. Hər iki sənətkarın iştirakıyla keçən toy məclisi mənim yaddaşıma həkk olundu. Səxavət Məmmədovun əziz xatirəsinə qələmə aldığım “Azad bir quşsan” şeirinin son misraları ilə öz fikrimi bitirmək istəyirəm:

Sən Vətən oğlusan, Qarabağlısan Bulaq kimi qaynar, coşub daşarsan. “Azad bir quşsan” yuvandan uçsan Torpaq həsrətiylə yanıb yaxarsan. Sənətkar yaşayır, yaşayacaqdır Xalqın sevgisiylə, ölməz səsiylə.

Nə qədər dünya var, Səxavət vardır! Nə qədər muğam var, Səxavət sağdır!

Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi, doktorant Nigar Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see350

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see320

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see290

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see228

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see214

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see208

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see200

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see190

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see184

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see163

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see160

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see159

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see159

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see158

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see157

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see154

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see148

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see147

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri