Icma.az
close
up
RU
Xalqın əbədiyaşar Lideri

Xalqın əbədiyaşar Lideri

Icma.az bildirir, Sia Az portalına istinadən.

Leyla NƏCƏFOVA,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri

Ulu Öndərimiz Heydər Əliyev əbədiyaşar şəxsiyyətdir! Onun əziz xatirəsi daim bizim qəlbimizdədir. Onun canından çox sevdiyi Azərbaycan öz suverenliyinə qovuşub. Qarabağ artıq düşmən tapdağında deyil. Çünki Ulu Öndərin təməlini qoyduğu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən ən mükəmməl, ən uğurlu, ən layiqli şəkildə davam etdirilir. Heydər Əliyev o qədər böyük şəxsiyyətdir ki, Onun haqqında saatlarla, günlərlə danışmaq olar. Çünki bizim dövlət kimi, millət kimi mövcudluğumuzun, parçalanmamağımızın, inkişafımızın, uğurlarımızın əsas səbəbkarı həqiqətən də Ulu Öndərdir!”.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz lider kimi təsdiq etmişdir. Dahi şəxsiyyət bildirmişdir ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini əvvəlcədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Məhz Ümummilli Liderin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycanı bütün təhlükələrdən və faciələrdən xilas etdi, bugünümüz üçün möhkəm təməl formalaşdırdı.

Müstəqilliyimizin bərpasının ilk illətində Azərbaycanın hansı problemlərlə və faciələrlə üz-üzə qaldığı məlumdur. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyimizi itirmək təhlükəsini yaşadıq. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Torpaqlarımızın işğalı xalqımızın sabaha ümidini itirirdi. Belə bir çətin günlərdə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdışın ölkəmizin qarşısında hansı imkanları açdığını bugünkü reallığımızda aydın şəkildə görürük. Ümummilli Lider müstəqilliyimizi daimi və sarsılmaz etdi.

İllər keçdikcə Ümummilli Liderin xidmətlərinin miqyasının nə qədər böyük olduğu daha aydın görünür. 1993-cü ildən başlanan yol Azərbaycana hər bir sahədə davamlı uğurlar qazandırdı, ən yüksək zirvələri fəth etməsini təmin etdi və 2020-ci ildə tarixi Zəfərə, 2023-cü ildə isə suverenliyimizin tam bərpa edilməsinə imza atmasını şərtləndirdi. Bütün bu uğurlara yol açan dahi şəxsiyyətin xilaskarlıq missiyası oldu. Ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi. 2003-cü ildən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi bugünkü reallıqlarımızda, Zəfərlərimizdə öz aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, cənab İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi.

Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə- neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.

Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Artıq dörd ildir böyük qürurla bəhs etdiyimiz tarixi zəfərimiz və onun əsasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumiləşdirilmiş şəkildə qeyd etsək, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir.

Böyük tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, bu savaşda da bir ilk yaratdı. Qazandığı qələbə ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi, millətin başını uca etdi, özünə inam, güvən yaratdı, gələcək nəsillərə örnək verdi. 44 günlük müharibə və bir gün davam edən antiterror əməliyyatları nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, planetar təfəkkürü, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində dünyanın hər bir yerində özünə güvənərək qalib millət kimi qürur hissi ilə addımlayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan güclü Azərbaycan Respublikası dövlətini yeni şəraitə uyğun olaraq müasirləşdirərək qələbəni təmin etdi. Ən çətin və mürəkkəb şəraitdə bizi qələbəyə gətirən millət və dövlət birliyimizin baş memarı məhz Prezident İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti oldu. Millətimiz və dövlətimiz mövcud olduqca qalacaq bu böyük əsərin memarı Prezident İlham Əliyevdir.

Beləliklə, Azərbaycanda gedən inkişaf prosesləri bir reallığın obyektiv dərkidir ki, ölkənin daha da qüdrətlənməsinin, dövlətçiliyimizin, müstəqilliyimizin əbədiliyinin yolu məhz hər sahədə Heydər Əliyev kursunun davam etdirilməsindən,Ulu Öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. Bəli, Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin öz başlanğıcını Heydər Əliyevin ideyalarından götürdüyü bütün xalqımız, hər bir azərbaycanlı tərəfindən birmənalı olaraq qəbul edilir. Mənsub olduğu xalqın məsuliyyətini öz üzərinə götürmək siyasi liderdən təkcə böyük hünər, cəsarət və müdriklik deyil, həm də dəqiq hədəflər və onlara çatmaq üçün mükəmməl fəaliyyət proqramı tələb edir. Müstəqil Azərbaycanın uğurları, nailiyyətləri Ulu Öndər Heydər Əliyevin məhz belə qüdrətli siyasi lider olduğunu sübuta yetirməklə, onun əziz xatirəsini və zəngin dövlətçilik irsini əbədiləşdirir.

Öz xalqının önündə addımlamaq, onu ən çətin sınaqlardan keçirmək, gələcəyi üçün möhkəm bünövrə yaratmaq missiyasını şərəflə yerinə yetirən dahi şəxsiyyətin daim yaşayan və zənginləşən irsi tükənməz milli sərvətimizdir. Vaxt ötəcək, aylar, illər, əsrlər keçəcək, nəsillər dəyişəcək, dünyada müxtəlif hadisələr cərəyan edəcək, Azərbaycanda bir ad hörmətlə, ehtiramla xatırlanacaq və ürəklərdə əbədi yaşayacaq - Heydər Əliyev!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see335

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see304

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see280

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see273

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see211

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see205

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see193

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see186

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see176

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see174

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see173

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see171

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see164

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see159

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see154

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see154

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see153

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see152

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see141

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri