Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Uqanda Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə Konqo Demokratik Respublikasından qayıdan vətəndaşlar üçün 21 günlük karantin tətbiq edib.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kris Baryomunsi oktyabrın 25-də açıqlama verib.
Nazir bildirib ki, Uqandada hazırda Ebola epidemiyası qeydə alınmasa da, qonşu ölkələrdəki vəziyyətlə əlaqədar sərhəd-keçid məntəqələrində və Entebbe Beynəlxalq Hava Limanında tibbi nəzarət gücləndirilib.
Məlumata görə, Keniyada və Nigeriyada Ebola aşkarlanan şəxslər daha əvvəl Uqandadan keçiblər.
Nigeriyada qeydə alınan yoluxma halının genetik analizi virusun Keniyada aşkarlanan ştammla yaxın əlaqəsini göstərib. Lakin xəstələr arasında birbaşa təmas təsdiqlənməyib.
Uqanda rəsmiləri virusun mümkün yayılma yollarını araşdırdıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Oktyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















