Icma.az
close
up
RU
EBRD Azərbaycan üzrə investisiya portfelinin həcmini açıqlayıb

EBRD Azərbaycan üzrə investisiya portfelinin həcmini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi bu il oktyabrın 31-nə əvvəlki ayla müqayisədə 2,4% və ya 22 mln. avro azalaraq 871 mln. avro təşkil edib. İcra edilən aktiv layihələrin sayı 30-dan 31-ə yüksəlib.

Bu barədə "APA-Economics"ə EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 91%-ni (792 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 6%-ni (49 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (30 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0,3% artaraq 666 mln. avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 190 layihə çərçivəsində 3,724 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,5 %-i (3,124 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.

seeBaxış sayı:50
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri