Icma.az
close
up
RU
Əbu Dabidə Ərzaq Təhlükəsizliyinə dair Qlobal Sammit işinə başlayır

Əbu Dabidə Ərzaq Təhlükəsizliyinə dair Qlobal Sammit işinə başlayır

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Bu gün Əbu Dabidə Ərzaq Təhlükəsizliyinə dair Qlobal Sammit işinə başlayır. Tədbir noyabrın 28-nə qədər davam edəcək Qlobal Qida Həftəsi çərçivəsində baş tutacaq. SİA BƏƏ-nin WAM xəbər agentliyinə istinadla bildirir ki, sammitdə dünya ölkələrdən 21 nazir və ərzaq təhlükəsizliyinə cavabdeh dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.Sammitdə ərzaq təhlükəsizliyi üzrə dayanıqlı həll yolları müzakirə ediləcək, eləcə də qlobal əməkdaşlıq məsələlərinə, ölkələr və təşkilatlar arasında birgə səylərin artırılması, ərzaq təhlükəsizliyi sistemlərinin gücləndirilməsi və aclığa qarşı mübarizə mövzularına diqqət yetiriləcək.Sammitdə 80-dən çox ekspert çıxış edərək iqlimə uyğun ağıllı kənd təsərrüfatı, aqrotexnika və tədarük zəncirləri də daxil olmaqla, ərzaq təhlükəsizliyi sahəsində ən son yeniliklərdən danışacaq.Sammitin əsas hədəfi gələcəkdə çağırışlara cavab verə biləcək dayanıqlı qida sistemləri qurmaq üçün praktik strategiyalar hazırlamaq, ortaq problemləri həll etmək və hər kəs üçün ərzaq təhlükəsizliyini artırmaq məqsədilə qlobal tərəfdaşlıqlar yaratmaqdır.Bundan əlavə, Ərzaq Həftəsi çərçivəsində Əbu Dabi Beynəlxalq Qida Sərgisi keçiriləcək. Sərgidə 70-dən çox ölkədən ərzaq və içki sektorunda fəaliyyət göstərən 700-dək şirkətin iştirakı gözlənilir. Bu sərgidə qida texnologiyaları və dayanıqlı ərzaq sənayesindəki ən son yenilikləri təqdim edən aparıcı qlobal markalar bir araya gələcək.Sərgi qida sənayesində ticarət əlaqələri qurmaq və bilik mübadiləsi üçün hərtərəfli bir platformadır. Burada Gələcəyin Qida Muzeyi də təqdim ediləcək. Bu təşəbbüsü israf olunmayan qida təcrübələrini və innovasiyalarını araşdıran İspaniyanın Plat İnstitutu irəli sürüb.Qlobal Qida Həftəsi çərçivəsində təşkil ediləcək Əbu Dabi Qəhvə Platformasında isə qəhvə mədəniyyəti ilə bağlı seminarlar, müzakirələr və canlı müsabiqələr keçiriləcək.“Michelin ulduzu”na layiq görülmüş aşpazlar Qlobal Qida Həftəsi çərçivəsindəki “Gourmet” sərgisində öz kulinariya bacarıqlarını nümayiş etdirəcək, qlobal dadları dayanıqlı və innovativ təcrübələrlə birləşdirəcəklər.Eyni zamanda, Həftə çərçivəsində baş tutacaq 10-cu Əbu Dabi Xurma Sərgisi təchizatçılar, istehsalçılar, mütəxəssislər və bu sahəyə marağı olan ziyarətçilər üçün ideal bir əlaqə platformasına çevriləcək. Sərgidə xurma istehsal edən 20-dən çox ölkə iştirak edəcək.Həmçinin, qida və içki tədarükçülərini böyük alıcılarla əlaqələndirmək üçün nəzərdə tutulan Qonaq Alıcı Proqramı, aviasiya, mehmanxana və digər sektorlarda ərzaq təminatı sahələrində ticarət əlaqələri qurmaq üçün bənzərsiz imkanlar təqdim edəcək.Sərgilərin ziyarətçiləri Birləşmiş Ərəb Əmirlikləri Universiteti və digər beynəlxalq akademik institutların əməkdaşlarının moderatorluğu ilə təşkil ediləcək sessiya və müzakirələrdə iştirak etmək, bununla da ərzaq təhlükəsizliyi ilə bağlı innovasiyalar sahəsində gələcəyin liderlərinin fikirləri ilə tanış olmaq imkanı əldə edəcəklər.Qlobal Qida Həftəsi BƏƏ-nin vitse-prezidenti, Nazirlər Kabineti başçısının müavini, Əbu Dabi Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi təşkilatının idarə heyətinin sədri Şeyx Mansur bin Zayed Al Nəhyanın himayəsi ilə keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri