Əbu Dabidə 3 cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Qahirə, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 6-dan 8-dək Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək.
AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, tədbirə 92 ölkədən 2580 iştirakçı qatılacaq.
“Globalfoodweek” saytının məlumatına görə, Qlobal Ərzaq Həftəsi çərçivəsində keçiriləcək sərgidə ölkəmizin BƏƏ-dəki Ticarət Nümayəndəliyi və şirkətlər öz stendi ilə təmsil olunacaq.
Tədbirin fəxri qonağı Hindistan seçilib. Həftə ərzində sərgilər və konfranslar, eləcə də ilk dəfə arıçılıq məhsullarının sərgisi təşkil olunacaq.
Eyni zamanda, tədbir çərçivəsində baş tutacaq Ərzaq Təhlükəsizliyi üzrə Qlobal Sammitdə ərzaq sektorunda fəaliyyət göstərən dövlət rəsmiləri, tədqiqatçılar iştirak edəcək.
Xatırladaq ki, 2024-cü ildə keçirilmiş 1-ci Qlobal Ərzaq Həftəsində 67 ölkədən 35 minə yaxın qonaq,1900 şirkət və ticarət brendi iştirak edib. Bu çərçivədə 1600-dən çox ikitərəfli görüş baş tutub, 6,2 milyard dirhəm məbləğində müqavilələr imzalanıb. 2025-ci ildə keçirilmiş 2-ci Ərzaq Həftəsində isə 75 ölkədən 2070 şirkət iştirak edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:77
Bu xəbər 05 Oktyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















