Icma.az
close
up
RU
Əbu Dabidə Ərzaq Təhlükəsizliyinə dair Qlobal Sammit işinə başlayır AZƏRTAC

Əbu Dabidə Ərzaq Təhlükəsizliyinə dair Qlobal Sammit işinə başlayır AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 26 noyabr, AZƏRTAC

Bu gün Əbu Dabidə Ərzaq Təhlükəsizliyinə dair Qlobal Sammit işinə başlayır. Tədbir noyabrın 28-nə qədər davam edəcək Qlobal Qida Həftəsi çərçivəsində baş tutacaq.

AZƏRTAC BƏƏ-nin WAM xəbər agentliyinə istinadla bildirir ki, sammitdə dünya ölkələrdən 21 nazir və ərzaq təhlükəsizliyinə cavabdeh dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

Sammitdə ərzaq təhlükəsizliyi üzrə dayanıqlı həll yolları müzakirə ediləcək, eləcə də qlobal əməkdaşlıq məsələlərinə, ölkələr və təşkilatlar arasında birgə səylərin artırılması, ərzaq təhlükəsizliyi sistemlərinin gücləndirilməsi və aclığa qarşı mübarizə mövzularına diqqət yetiriləcək.

Sammitdə 80-dən çox ekspert çıxış edərək iqlimə uyğun ağıllı kənd təsərrüfatı, aqrotexnika və tədarük zəncirləri də daxil olmaqla, ərzaq təhlükəsizliyi sahəsində ən son yeniliklərdən danışacaq.

Sammitin əsas hədəfi gələcəkdə çağırışlara cavab verə biləcək dayanıqlı qida sistemləri qurmaq üçün praktik strategiyalar hazırlamaq, ortaq problemləri həll etmək və hər kəs üçün ərzaq təhlükəsizliyini artırmaq məqsədilə qlobal tərəfdaşlıqlar yaratmaqdır.

Bundan əlavə, Ərzaq Həftəsi çərçivəsində Əbu Dabi Beynəlxalq Qida Sərgisi keçiriləcək. Sərgidə 70-dən çox ölkədən ərzaq və içki sektorunda fəaliyyət göstərən 700-dək şirkətin iştirakı gözlənilir. Bu sərgidə qida texnologiyaları və dayanıqlı ərzaq sənayesindəki ən son yenilikləri təqdim edən aparıcı qlobal markalar bir araya gələcək.

Sərgi qida sənayesində ticarət əlaqələri qurmaq və bilik mübadiləsi üçün hərtərəfli bir platformadır. Burada Gələcəyin Qida Muzeyi də təqdim ediləcək. Bu təşəbbüsü israf olunmayan qida təcrübələrini və innovasiyalarını araşdıran İspaniyanın Plat İnstitutu irəli sürüb.

Qlobal Qida Həftəsi çərçivəsində təşkil ediləcək Əbu Dabi Qəhvə Platformasında isə qəhvə mədəniyyəti ilə bağlı seminarlar, müzakirələr və canlı müsabiqələr keçiriləcək.

“Michelin ulduzu”na layiq görülmüş aşpazlar Qlobal Qida Həftəsi çərçivəsindəki “Gourmet” sərgisində öz kulinariya bacarıqlarını nümayiş etdirəcək, qlobal dadları dayanıqlı və innovativ təcrübələrlə birləşdirəcəklər.

Eyni zamanda, Həftə çərçivəsində baş tutacaq 10-cu Əbu Dabi Xurma Sərgisi təchizatçılar, istehsalçılar, mütəxəssislər və bu sahəyə marağı olan ziyarətçilər üçün ideal bir əlaqə platformasına çevriləcək. Sərgidə xurma istehsal edən 20-dən çox ölkə iştirak edəcək.

Həmçinin, qida və içki tədarükçülərini böyük alıcılarla əlaqələndirmək üçün nəzərdə tutulan Qonaq Alıcı Proqramı, aviasiya, mehmanxana və digər sektorlarda ərzaq təminatı sahələrində ticarət əlaqələri qurmaq üçün bənzərsiz imkanlar təqdim edəcək.

Sərgilərin ziyarətçiləri Birləşmiş Ərəb Əmirlikləri Universiteti və digər beynəlxalq akademik institutların əməkdaşlarının moderatorluğu ilə təşkil ediləcək sessiya və müzakirələrdə iştirak etmək, bununla da ərzaq təhlükəsizliyi ilə bağlı innovasiyalar sahəsində gələcəyin liderlərinin fikirləri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Qlobal Qida Həftəsi BƏƏ-nin vitse-prezidenti, Nazirlər Kabineti başçısının müavini, Əbu Dabi Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi təşkilatının idarə heyətinin sədri Şeyx Mansur bin Zayed Al Nəhyanın himayəsi ilə keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 05:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri