Əbu Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq Peskov səbəbi açıqladı
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli görüşdə iştirak edə bilməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə müsahibəsində bildirib.
“Burada razılaşdırılmış üçtərəfli formatdan söhbət gedir. Yəni Rusiya, Ukrayna və ABŞ-ın vasitəçiliyi”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.
Peskov daha əvvəl Ukrayna ilə danışıqlarda Rusiyanın əsas nümayəndəsinin dəyişməyəcəyini, bu vəzifəni Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin davam etdirəcəyini bildirmişdi. O, Rusiya nümayəndə heyətinin tam tərkibini açıqlamayıb.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək görüşdə Kiyev və Moskvanın müharibədən sonrakı təhlükəsizlik mexanizmlərini, gərginliyin azaldılmasını və humanitar yardımı müzakirə edəcəyini açıqlayıb.
Tərəflər həmçinin sülhə doğru atılacaq növbəti addımları nəzərdən keçirəcəklər.
Post navigationPrevious: Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 03 Noyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















