Icma.az
close
up
RU
Əbu Dabidən dünyaya sülh mesajı: Uzun münaqişədən etimada gedən yol

Əbu Dabidən dünyaya sülh mesajı: Uzun münaqişədən etimada gedən yol

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

2026-cı il fevralın 4-də Əbu-Dabidə beynəlxalq ictimaiyyətin diqqəti nadir və rəmzi bir hadisəyə yönəldi: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan dünyanın ən nüfuzlu humanitar mükafatlarından biri – "Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldülər. Bu təltif ilk növbədə fərdlərə deyil, sülhə, dialoqa və qarşılıqlı anlaşmaya xidmət edən siyasi iradəyə verilən yüksək qiymət kimi dəyərləndirildi.

"Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin adını daşıyır və dinlərarası dialoqun, mədəniyyətlərarası anlaşmanın, humanizm və sülh ideallarının təşviqinə mühüm töhfə verən şəxslərə və qurumlara təqdim olunur. Mükafat beynəlxalq münsiflər heyətinin qərarı ilə verilir və əsas meyar kimi münaqişələrin dinc yolla həlli, insan ləyaqətinin qorunması, xalqlar arasında etimadın möhkəmləndirilməsi götürülür. Bu baxımdan, uzun illər davam etmiş Azərbaycan–Ermənistan münaqişəsindən sonra əldə olunan sülh razılaşması mükafatın fəlsəfəsi ilə tam uzlaşan nadir nümunə kimi qiymətləndirildi.

Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi beynəlxalq aləmdə geniş rezonans doğurdu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Livan Respublikasının Prezidenti Cozef Aun, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və İordaniya Haşimilər Krallığının Kralı II Abdullah "Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarını təbrik edərək bu qərarın regionda və dünyada sülhə xidmət edən mühüm siyasi mesaj olduğunu vurğuladılar. Təbriklərdə xüsusilə Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində müharibədən sülhə keçidin mümkünlüyünün sübuta yetirildiyi qeyd olundu.

Mükafatın təqdimolunma mərasimində Prezident İlham Əliyevin çıxışı isə bu siyasi prosesin ideoloji və mənəvi çərçivəsini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməsini böyük şərəf adlandıraraq, onun uzaqgörən liderliyinin Birləşmiş Ərəb Əmirliklərini dünyanın ən uğurlu və firavan ölkələrindən birinə çevirdiyini vurğuladı. Prezident qeyd etdi ki, bu siyasi xətt bu gün də Əbu-Dabinin müasir simasını müəyyən edən Şeyx Məhəmməd tərəfindən uğurla davam etdirilir.

Çıxışın əsas məğzini isə Azərbaycan və Ermənistan arasında yaranmış yeni reallıq təşkil etdi. Otuz ildən artıq davam edən müharibədən sonra artıq altı aydır ki, region sülh şəraitində yaşayır. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan bu sülhü "öyrənir” və bu, ölkə üçün tamamilə yeni, lakin dərin mənəvi rahatlıq gətirən bir hissdir. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonra keçən altı ay tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş mərhələsi kimi xarakterizə olundu.

2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli Vaşinqton Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması, Birgə Bəyannamənin imzalanması və Prezident Donald Trampın şahid qismində sənədə imza atması üç onillik davam edən qanlı münaqişəyə faktiki olaraq son qoydu. Ardınca atılan praktiki addımlar – Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması, ticarət əlaqələrinin genişləndirilməsi – sülhün abstrakt anlayış deyil, real əməkdaşlıq mexanizmi olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında dinlərarası dialoqun və qlobal mənəvi həmrəyliyin rolunu da xüsusi vurğulayaraq, Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya göstərdikləri dəstəyə görə təşəkkür etdi. Bu yanaşma sülhün təkcə siyasi razılaşma deyil, həm də dəyərlər üzərində qurulan uzunmüddətli proses olduğunu bir daha təsdiqlədi.

Əbu-Dabidə keçirilən mərasimin simvolik mahiyyəti isə təsadüfi deyildi. Məhz bu şəhərdə, Vaşinqton Sammitindən bir ay əvvəl Azərbaycan və Ermənistan arasında son danışıqlar raundu baş tutmuş, Şeyx Məhəmmədin dəstəyi ilə əldə olunan razılaşma sonradan ABŞ paytaxtında rəsmiləşdirilmişdi. Bu ardıcıllıq göstərdi ki, sülh təsadüfən yaranmır – o, siyasi iradə, beynəlxalq dəstək və qarşılıqlı etimadın nəticəsidir.

Dünyaya ünvanlanan əsas mesaj aydındır: uzunmüddətli münaqişələr, dərin etimadsızlıq və ağır itkilər fonunda belə sülh mümkündür. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə bu həqiqətin təkcə regional deyil, qlobal miqyasda qəbul edildiyini təsdiqləyən siyasi və mənəvi sənəd kimi tarixdə qalır.

Elnarə Akimova, 

Milli Məclisin deputatı, 

YAP Siyasi Şurasının üzvü, 

Filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see343

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see292

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see288

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see279

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see274

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see264

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see259

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see257

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see251

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see245

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see235

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see227

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see216

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see200

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see199

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see197

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see193

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see192

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see192

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri