Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Əbu Dabidən dünyaya verilən mesaj aydındır Deputat

Əbu Dabidən dünyaya verilən mesaj aydındır Deputat

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi qlobal sülh, dinlərarası dialoq və humanitar dəyərlərin təşviqi baxımından mühüm siyasi məna daşıyan hadisə kimi yadda qalacaqdır. Bu mötəbər mükafata Prezident İlham Əliyevin layiq görülməsi son illər regionda əldə olunmuş sabitliyin, qarşılıqlı etimada əsaslanan siyasətin və sülh təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək səviyyədə dəyərləndirilməsinin bariz göstəricisidir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

O, bildirib ki, Prezident İlham Əliyev çıxışında Şeyx Zayedin adını daşıyan mükafata layiq görülməsini böyük şərəf kimi dəyərləndirib və münsiflər heyətinə dərin minnətdarlığını ifadə edib.

"Dövlətimizin başçısı artıq altı aydır ki, sülh şəraitində yaşadığımızı qeyd edib. Müstəqillik dövründə ilk dəfə olaraq davamlı sabitlik mərhələsinə qədəm qoyulması bütövlükdə Cənubi Qafqaz üçün dönüş nöqtəsi kimi xarakterizə edilir. Vaşinqtonda keçirilən Zirvə Görüşü bu prosesin mühüm mərhələsi olub. Həmin görüşdən sonra tərəfdaşlıq və əməkdaşlıq istiqamətində real addımlar atılıb, uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş başlanıb. Üçtərəfli formatda əldə olunan razılaşmalar Qarabağ məsələsinin siyasi yollarla həllinin mümkünlüyünü sübut edib.

Sülh prosesi yalnız siyasi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmayıb, real həyatda konkret nəticələrlə müşayiət olunub. Əldə edilən razılaşmalar praktik müstəviyə daşınaraq iqtisadi və humanitar sahələrdə ardıcıl addımların atılmasına şərait yaradıb. Bu isə göstərir ki, əldə olunan anlaşma formal xarakter daşımır, gündəlik həyatın bütün istiqamətlərinə sirayət edən davamlı prosesə çevrilib.

İlk növbədə, yük daşımalarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması region üçün yeni logistik imkanlar formalaşdırıb. Uzun illər bağlı qalan yolların açılması təkcə iki tərəf arasında ticarətin canlanmasına deyil, bütövlükdə Cənubi Qafqazda nəqliyyat marşrutlarının şaxələndirilməsinə, tranzit potensialının artmasına və iqtisadi fəallığın yüksəlməsinə təkan verib. Bu addım regionu beynəlxalq ticarət xəritəsində daha cəlbedici məkana çevirərək əlavə investisiyaların cəlb olunmasına da zəmin yaradır.

Enerji məhsullarının ixracına başlanması isə əməkdaşlığın daha strateji səviyyəyə yüksəldiyini göstərir. Enerji sahəsi hər zaman təhlükəsizlik və etimad tələb edən həssas istiqamət hesab olunur. Məhz bu sahədə qarşılıqlı fəaliyyətin qurulması tərəflər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Bu amil həm iqtisadi səmərəlilik yaradır, həm də qarşılıqlı asılılıq mexanizmini gücləndirərək sülhün dayanıqlığını artırır. İqtisadi maraqların üst-üstə düşməsi sabitliyi möhkəmləndirən ən təsirli amillərdəndir. Birgə layihələr və ortaq bazar imkanları qarşıdurma ehtimalını minimuma endirir, əməkdaşlığı isə zəruri seçimə çevirir.

Prezident İlham Əliyevin çıxışında mərasimin keçirildiyi şəhərin xüsusi simvolik əhəmiyyəti də diqqətə çatdırılıb. Dövlətimizin başçısı vurğulayıb ki, hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Son danışıqlar raundunun məhz burada baş tutması və yekun razılaşmanın formalaşması Əbu-Dabini artıq diplomatik görüş məkanından daha geniş məna daşıyan bir platformaya çevirib. Bu şəhər indi sülhün təşəkkül tapdığı tarixi məkana çevrilib. Belə bir şəraitdə təqdim olunan mükafat əldə olunmuş nailiyyətlərin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin qeyd etdiyi məqam ondan ibarət idi ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Əgər tərəflər barışa hazırdırsa və beynəlxalq ictimaiyyət konstruktiv mövqe sərgiləyirsə, ən çətin problemlər belə həll oluna bilər. Həmin təcrübə bu gün müharibə və gərginlik yaşayan digər bölgələr üçün də yol xəritəsi rolunu oynaya bilər. Siyasi dialoq, qarşılıqlı hörmət və iqtisadi əməkdaşlıq münaqişələrin aradan qaldırılmasının ən effektiv vasitələridir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması humanizm, tolerantlıq və sülh dəyərlərinin təntənəsi kimi yadda qalıb. Bu mükafat bütövlükdə sülhə yönəlmiş dövlət siyasətinin, regionda sabitliyin bərqərar olunması istiqamətində atılan addımların beynəlxalq arenada etiraf edilməsi anlamına gəlir. Əbu-Dabidən dünyaya verilən mesaj aydındır, qarşıdurmaların yerini əməkdaşlıq, düşmənçiliyin yerini qarşılıqlı anlaşma tutur. Güclü iradə və düzgün strategiya olduqda sülh sadəcə arzu deyil, real nəticəyə çevrilir". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Fevral 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri