Icma.az
close
up
RU
ƏbuDabidə “Şuşa günləri” keçirilib AZƏRTAC

ƏbuDabidə “Şuşa günləri” keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Şuşa, 27 noyabr, AZƏRTAC

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin dəstəyi ilə keçirilən “Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 26-27-də Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində Aydın Kərimov BƏƏ-nin Mədəniyyət naziri Şeyx Salem Al Qasimi, BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhou və BƏƏ-nin Şəhərsalma və Nəqliyyat departamenti rəhbərinin müavini Saif Sultan Al Nasseri ilə görüşüb. Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov və nümayəndə heyətinin üzvləri - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Qoruğun məsul əməkdaşları görüşlərdə iştirak ediblər. Hər bir görüşdə ölkələr arasında ikitərəfli əlaqələrdən söz açılıb, dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 layihəsinin Azərbaycanda yüksək səviyyədə, uğurla həyata keçirilməsi xüsusi olaraq vurğulanıb və dövlətimiz bu münasibətlə təbrik edilib. Eyni zamanda, Şuşanın Baş Planı haqqında məlumat verilib, şəhərsalma ilə bağlı ideya və fikirlər bölüşdürülüb, iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması müzakirə olunub. Şuşanın tarixi, işğal dönəmində ermənilər tərəfindən məruz qaldığı talanlar və dağıntılar, hazırkı bərpa və yenidənqurma işləri, turizm potensialının inkişaf etdirilməsi və turistlərin şəhərə cəlb edilməsi, Şuşanın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr, yeni yaşayış kompleksinə əhalinin köçürülməsi və şəhərə gediş-gəlişin asanlaşması barədə də məlumatlar verilib.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Şuşa günləri” davam edib. Belə ki, “Şuşa - dünən və bu gün” adlı foto-sərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumat verilib. XVIII-XIX əsrlərə aid Qarabağın zadəgan xanımlarının geyimləri və kişi libasları “Qarabağ milli geyimləri” adı ilə nümayiş etdirilib və maraqla qarşılanıb. İştirakçılar dünyanın ən qədim, zəngin mətbəxlərindən biri olan Azərbaycan kulinariyasının ləziz təamlarına və şirniyyatlarına qonaq ediliblər.

“Şuşa günləri” çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala–konsert keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri