Icma.az
close
up
RU
ƏbuDabidə “Şuşa günləri” keçirilib

ƏbuDabidə “Şuşa günləri” keçirilib

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 noyabr tarixlərində Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar.

"Report" xəbər verir ki, səfər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin dəstəyi ilə keçirilən “Şuşa günləri” çərçivəsində baş tutub.

Səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov BƏƏ-nin Mədəniyyət naziri Şeyx Salem Al Qasimi, BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhou və BƏƏ-nin Şəhərsalma və Nəqliyyat departamenti rəhbərinin müavini Saif Sultan Al Nasseri ilə görüşüb.

Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov və nümayəndə heyətinin üzvləri - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Qoruğun məsul əməkdaşları görüşlərdə iştirak ediblər.

Hər bir görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrdən söz açılıb, dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 layihəsinin ölkəmizdə yüksək səviyyədə, uğurla həyata keçirilməsi xüsusi olaraq vurğulanıb və Azərbaycan tərəfi bu münasibətlə təbrik edilib. Eyni zamanda, Şuşanın Baş Planı haqqında məlumat verilib, şəhərsalma ilə bağlı ideya və fikirlər bölüşdürülüb, iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması müzakirə olunub. Şəhərin tarixi, işğal dönəmində ermənilər tərəfindən məruz qaldığı talanlar və dağıntılar, hazırkı bərpa və yenidənqurma işləri, turizm potensialının inkişaf etdirilməsi və turistlərin şəhərə cəlb edilməsi, Şuşanın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr, Yeni Yaşayış Kompleksinə əhalinin köçürülməsi və şəhərə gediş-gəlişin asanlaşması barədə də məlumatlar verilib.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Şuşa günləri” davam edib. Belə ki, “Şuşa - dünən və bu gün” adlı foto - sərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumatlar verilib. XVIII-XIX əsrlərə aid Qarabağın zadəgan xanımlarının geyimləri və kişi libasları "Qarabağ milli geyimləri" adı ilə nümayiş edilib və maraqla qarşılanıb. İştirakçılar dünyanın ən qədim, zəngin mətbəxlərindən biri olan Azərbaycan kulinariyasının ləziz təamlarına və şirniyyatlarına qonaq ediliblər. Tədbirdə BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhou, BƏƏ XİN Asiya və Sakit Okean Departamentinin direktoru cənab Əbdüləziz Əl-Niyadi və Əbu-Dabi şəhərinin dövlət qurumlarının rəhbərləri iştirak edib.

“Şuşa günləri” çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala – konsert keçirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Noyabr 2024 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri