Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Amazon kütləvi ixtisarlara hazırlaşır

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Əcnəbi qızla evlənsəm, ailəm etiraz etməyəcək Sinqapurda yaşayan azərbaycanlı FOTOLAR

Əcnəbi qızla evlənsəm, ailəm etiraz etməyəcək Sinqapurda yaşayan azərbaycanlı FOTOLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tural Əliyev: "Ən dadlı yemək anamın bişirdikləridir"

Diaspor Gənclərinin Yay Düşərgəsi üzərimizə ömürülük məsiliyyət qoyub

Dünyanın fərqli ölkələrində milyonlarla soydaşımız yaşayır. Onlar elm, incəsənət, biznes, ictimai fəaliyyət və mədəni təşəbbüslər vasitəsilə həm özlərini təqdim edir, həm də Azərbaycanı tanıdırlar.

Xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrin bir parçasına çevrilməklə yanaşı, həm də Azərbaycan mədəniyyətinin, dilinin və milli kimliyinin daşıyıcısı kimi çıxış edirlər. 

Belə soydaşlarımızın Azərbaycanda tanıdılması isə milli qüruru gücləndirir, cəmiyyətlə diaspor arasında mənəvi körpü yaradır və ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir.

Modern.az-ın “Diasporun səsi” layihəsi məhz bu məqsədə xidmət edir. Rubrikamızın budəfəki ünvanı Sinqapurda yaşayan, Nanyang Texnologiya Universitetinin tələbəsi, Agilent Technologies Sinqapur şirkətində məlumat analitiki kimi çalışan Tural Əliyevdir


Tural Heydər Əliyev Fondu ilə Diasporla İş üzrə Dövlət Komitəsinin 2025-ci ildə təşkil etdiyi Xankəndi şəhərində keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində fəal iştirakı ilə yadda qalıb. 

Yay düşərgəsi onunla söhbətimizə bir vəsilə oldu.

- Yay düşərgəsinə dəvət alanda çox sevindim, çünki uzun müddətdir xaricdə yaşayıram və belə fürsətlər adamı bir növ yenidən köklərinə bağlayır. Düşərgəyə seçim prosesi müsahibə və müraciət formasındaydı. Sinqapurda azərbaycanlıların sayı çox olmasa da, biri-birimizlə əlaqədəyik və ölkəmizi fərqli platformalarda təmsil etməyə çalışırıq. Yəni say az olsa da, ruh yüksəkdir.

Tural xüsusilə qeyd edir ki, Diaspor Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən düşərgə ona və bütün iştirakçılara, dünyanın dörd bir yanında yaşayan gənc azərbaycanlılara çox şey verib:

- Düşərgədən tanıdığım gənclərlə həmişə əlaqə saxlayıram. Votsap qrupumuz aktivdir. Hər kəs fərqli ölkədə təhsil alır və ya işləyir, amma məqsədlərimiz eynidir: ölkəmizi xaricdə layiqincə təmsil etmək.

Həmsöhbətimiz deyir ki, düşərgənin mühiti ona və digərlərinə çox müsbət təsir edib:

- Xaricdə yaşayan azərbaycanlı gənclərlə tanış olmaq insana həm qürur, həm də məsuliyyət hissi verir. Düşərgə mənə göstərdi ki, istər elm, istər mədəniyyət, istərsə də sosial fəaliyyət olsun, hər yerdə Azərbaycanı təmsil edən və uğur qazanan gənclər var. Bu, həm ilhamverici idi, həm də məni öz fəaliyyətimdə daha da aktiv olmağa motivasiya etdi.


Düşərgənin Xankəndidə keçirilməyi təbii ki, təsadüf deyildi. Artıq Azərbaycanın bütövlüyünə çevrilən Xankəndi bu dəfə onun dünyada tanıdılması yönündə işlər görən gənclərə qucaq açmışdı. Müsahibimiz də Qarabağ və Xankəndi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: 

- Xankəndiyə ilk dəfə düşərgə sayəsində getdim və açığı, ora ayaq basanda çox qəribə hisslər keçirdim. Həm qürur, həm də kövrəklik... Görürdün ki, hər yerdə quruculuq işləri gedir, həyat geri qayıdır. Düşərgə boyu təşkil edilən panellər, şəhid ailələri ilə görüşlər də çox təsirli idi, elə bil o anda hər şeyin dəyərini bir az da çox anlayırsan. Ən çox öyrəndiyim şey odur ki, biz artıq tarixi bir dönüş nöqtəsindəyik və hər gəncin bu quruculuq prosesində rolu ola bilər.

Müsahibimiz deyir ki, birbaşa uçuş olmadığından adətən Azərbaycana tranzit reyslələ gəlir, ona görə də yolçuluq ümumilikdə 15 saatdan çox çəkir:
- Uzun yoldu, amma o vaxt ərzində adam çox şey düşünür. Hər dəfə ağlımda tək bir fikir olur. Evə çatmaq, ailəmi görmək. Ən çox da qapıdan girəndə məni gülərüz qarşılayan ailəmi düşünürəm. Bir də o çay süfrəsi var e, hamı bir yerdə oturur, söhbət eləyir, bax, ən çox onun üçün darıxıram. Üstəlik dostlarla görüşmək, dəniz qırağında oturmaq, qutab yemək, adam uzaqda olanda anlayır ki, ən çox bir vaxtlar sadə görünən şeylər üçün darıxır. Sinqapurda hava daim isti və rütubətlidir, külək demək olar ki, yoxdur. Amma Bakının küləyi var e, o hiss tamam başqadı.


Müsahibimiz təhsil üçün niyə Sinqapura getdiyi, sinif yoldaşları barədə söz açır. 

- Məktəb illərimi çox yaxşı xatırlayıram. O vaxtdan elmə, əsasən də fizikaya marağım çox idi. Dərsdən sonra məktəbdə tez-tez qalır, olimpiadalara hazırlaşırdım. Beynəlxalq fizika olimpiadalarında iştirak edib Azərbaycanı təmsil etmək mənim üçün böyük motivasiya idi. Olimpiyadalar hər dəfə fərqli ölkələrdə keçirilirdi. Bunun sayəsində fərqli ölkələri gəzmək, oralardakı təhsillə yaxından tanış olmaq şansım yaranırdı.

Mənim məktəb yoldaşlarımdan əsas fərqim o idi ki, riskə getməyi və fürsətləri dəyərləndirməyi bacarıram. Sözün düzü, DİM istiqamətində çox hazırlaşmadım və bütün ümidimi olimpiadalara yönəltdim. Bilirdim ki, həm yerli, həm də beynəlxalq universitetlər olimpiada qaliblərini qəbul edərkən bunu nəzərə alırlar. Bu fokus və risk almaq məni tədqiqat, innovasiya və texnologiyaya yönəltdi, nəticədə NTU Singapore-da təhsil almaq fürsəti qazandım.

Sinif yoldaşlarımla bu gün də əlaqələrmiz qalır. Hamı indi fərqli sahələrdədir, kimisi elmlə məşğuldur, kimisi mühəndislik, tibb və ya biznes sahəsində. Hərdən danışanda və ya görüşəndə görürəm ki, hamı fərqli istiqamət seçsə də, məktəb illərindəki enerji və biri-birinə sevgi, dəstək ruhu hələ də eyni şəkildə qalır.

Davamlı olimpiyadalarda iştirak edən soydaşımızın gələcəkdə hansı ölkədə fəaliyyətini davam etdirmək istəyi maraq doğurur. Harda olruqsa olaq, Azərbaycanımızı yüksək şəkildə təmsil etməliyik. Xankəndidəki Yay düşərgəsi üzərimizə böyük məsiliyyət qoyub. Biz hər zaman bu məsuliyyəti hiss edəcəyik. Bu məsuliyyət qalib Azərbaycanı hər yerdə qürur və şərəfli xidmətimizlə təmsil etməkdir. 

İndi Sinqapurda təcrübə toplayıram, amma gələcəkdə bu bilikləri hansı mühitdə olursa olsun, həm şəxsi inkişafım, həm də ölkəmizə fayda üçün istifadə etmək istəyərəm.

Hazırda yaşadığı ölkənin onun üçün çətinlik yaratdığı məqamları müsahibimizlə müzakirə edirik. O deyir ki, ilk vaxtlar iqlimin fərqli olması çətinlik yaradıb.

- Burada ilboyu yaydır. Həm də hər şey çox sistemlidir, bəzən bu sərt planlılıq adamı bir az sıxır. Amma zamanla öyrəşirsən, indi artıq planlı yaşamaq mənim də təbiətimə çevrilib.

Tural ailədən uzaq yaşamağın çətinliklərindən də söz açır.


- Ailəm həmişə maraqlanır, tez-tez soruşurlar yeməklər necədir, iş necə gedir, işdən sonra necə vaxt keçirirəm... Hər zəngdə ilk sual “bu gün nə yemisən?” olur. Bəzən zarafatla deyirlər, “qayıt gəl, evlənəndə harada qalacaqsan?” Əsasən hər şeylə maraqlanıb dəstək olurlar, seçimlərimə hörmətlə yanaşırlar.

Mən 18 yaşımdan bəri xaricdə tək yaşayıram, ona görə də arada bir yemək bişirməli oluram. Deyə bilərəm ki, yemək bişirməkdə yaxşıyam, amma Sinqapurda yemək demək olar hər yerdə var və mədəniyyət də əsasən küçədə yemək yeməyə yönəlib. Burada dünyanın hər yerindən gəlmiş insanlar var, ona görə müxtəlif mətbəxləri, fərqli yeməkləri 7/24 tapmaq mümkündür. Evdə bişirmək adətən nadir hallarda olur. Mən də cox vaxt həftəsonu, vaxtım olanda əyləncə üçün bişirirəm. Amma ən dadlı yemək hələ də anamın bişirdikləridir. 

Azərbaycanlı ailələr övladının xarici vətəndaşlarla evliliyinə normal yanaşmasa da, mənim üçün belə bir problem olmayıb. Ailəm də dəstəkçidir, seçimlərimə hörmət edirlər, bu barədə  “önəmli olan səni başa düşsün, xasiyyəti sənə uyğun olsun” deyirlər. 

Hələ ki evlənməmişəm, görək zaman nə göstərəcək, bəlkə gələcəkdə sürprizlər olacaq.

Hiss olunur ki, Turalın əcnəbi gözaltısı var. Sadəcə, hələlik bunu sətiraltı ifadə edir.

O əlavə edir ki, Azərbaycan və Sinqapur arasında əsas fərq mədəniyyət və həyat tərzindədir. 

- Burada hər şey çox nizamlı, sürətli və səliqəlidir, insanlar işlərinə ciddi yanaşırlar, hər şey planlı şəkildə işləyir. Azərbaycanda isə daha rahat, sosial və ailə mərkəzli həyat var. Məni Sinqapurda motivasiya edən əsas şey isə imkanlar və fərqli perspektivlərdir. Burada texnologiya, tədqiqat və innovasiya sahəsində öyrəniləcək çox şey var, müxtəlif millətlərdən insanlarla işləmək imkanı var və bu, hər gün özünü inkişaf etdirmək üçün fürsət yaradır.


Tural qeyd edir ki, dostlarına Azərbaycandan danışanda əsasən onun təbiətindən, qonaqpərvərlikdən, insanlıq və mətbəxdən söz açır. 

- Bakının güclü küləyi ilə "küləklər şəhəri" adlandırıldığını və havanın Sinqapurla müqayisədə daha sərin və rütubətsiz olduğunu deyirəm. Onlara Bakıda görməli yerlərin çox olduğunu, Qobustan qaya rəsmləri, Yanardağ, palçıq vulkanı kimi maraqlı yerləri şəkillərlə göstərib danışıram. Sinqapurlular adətən Avropaya gedib tarixi memarlıq görürlər, amma Bakıda həm tarixi yerlər, həm də müasir şəhər bir yerdədir. Sinqapurlular ən çox Bakının həm tarixi, həm də müasir, hündür binalarla dolu şəhər olmasına təəccüblənirlər.

İndi internet zamanıdır. O mənada ki, mən ölkəmizin fərqli sahələri barədə yönləndirici məlumatlar verirəm, onlar özləri mənə yutub videoları göndərirlər. Nənələrin kənd həyətində böyük porsiyonlarla yemək bişirməsini göstərirlər. Sonra da həmişə soruşurlar, “siz həmişə belə böyük porsiyonlarla bişirirsiz? Bu normaldır?”  Mən də zarafatla deyirəm, bizdə ailələr böyük olur.

Turalın tövsiyəsindən sonra Bakıya gələn sinqapurluları çay mədəniyyətimiz təəccübləndirib.

- Bir həmkarım Bakı səfərinə gedib və geri qayıdanda dedi: “Your city has too much tea!” (gülür). Amma şəhərin gözəlliyinə, insanlara və yeməklərə aşiq olmuşdu.


Söhbətimizin əvvəlində Sinqapurda çox az azərbaycanlının yaşadığını deyən müsahibimiz bunun müsbət və mənfi tərəflərindən də danışır.

- Bəzən tək olanda bir az qəriblik hissi olur, amma eyni zamanda bu mənə ölkəmi təmsil etmək imkanı verir. Hər kəs soruşur “Azərbaycan haradır?” - mən də fürsətdən istifadə edib mədəniyyətimizi tanıdıram, özümüzü təbliğ edirəm.

Hər iki ölkə çox ailəyönümlüdür. İnsanlar ailə dəyərlərinə və qonaqpərvərliyə önəm verirlər. Həm də hər ikisində yemək mədəniyyəti çox güclüdür və hər iki ölkədə də adətən yemək süfrəyə sifariş edilir və hamı paylaşır.

Bu gün Azərbaycan gənci artıq dünyanın dörd bir yanında ölkəsini qürurla təmsil edir. Soydaşlarımızın toparlanması, birliyi dünyaya güclü və bacarıqlı Azərbaycan diasporu təqdim edir.

 Biz bu dəfə sizə Sinqapurda Azərbaycanın səsinə, təmsilçisinə çevrilən Turaldan danışdıq. 

Azərbaycanın səsi haradan gəlirsə, sizə oradan xəbər verəcəyik. Bizi izləyin və xaricdəki soydaşlarımızı tanımağa davam edin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see223

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see192

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see164

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see161

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see152

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see148

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see133

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see129

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see128

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see126

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see124

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri