Icma.az
close
up
RU
Baş prokuror Sinqapurda səfərdədir FOTOLAR

Baş prokuror Sinqapurda səfərdədir FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapura işgüzar səfərə gedib. 

"Unikal" xəbər verir ki, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.

Dünya prokurorlarını bir araya gətirən Assosiasiyanın 30 illik yubileyinə tesadüf edən konfransın açılış mərasimində Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam, Baş prokuroru Lüsyen Vonq və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes çıxış edərək qonaqları salamlayıblar. 

Tədbirin açılışında çıxış edən rəsmi şəxslər konfransın cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib, onun məhsuldar nəticələr verəcəyinə inamlarını ifadə ediblər. 

Açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi tərəfindən çıxış zamanı ötən il Bakı şəhərində keçirilmiş Assosiasiyanın 29-cu illik konfransı xatırlanaraq, bu tədbirin təşkilatın tarixində dünyanın dörd bir yanından ən çox sayda prokurorun iştirak etdiyi mötəbər platformaya çevrildiyi xüsusi vurğulanıb. 

Səfər zamanı Baş prokuror Kamran Əliyev Sinqapurun Baş prokuroru Lüsyen Vonq ilə görüş keçirib. Görüş zamanı Kamran Əliyev həmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Sinqapurun uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində maraqlı olduqlarını bildirib. 

Görüşdə müasir cinayət formalarının qarşısının alınması, gələcək əməkdaşlığın müqavilə-hüquq bazası ilə möhkəmləndirilməsi və kadr hazırlığı məsələləri müzakirə olunub. 

Baş prokuror tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir edib, göstərilən qonaqpərvərliyə görə Sinqapur tərəfinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb. 

Bundan əlavə, tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Niderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya, Lixtenshteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları, habelə Çin Xalq Respublikasının Baş prokurorunun müavini ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər aktual əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. 

Səfər çərçivəsində növbəti günlərdə digər ölkələrin prokurorluq orqanlarının rəhbərləri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur. 

Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri