Icma.az
close
up
RU
Fuad Muradov Sinqapurda yaşayan azərbaycanlılarla görüşdü FOTOLAR

Fuad Muradov Sinqapurda yaşayan azərbaycanlılarla görüşdü FOTOLAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Sinqapur şəhərində Sinqapur Respublikasında yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan və Sinqapurun Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər böyük layihələr barədə geniş məlumat verilib.

Daha sonra Azərbaycan diasporunun fəaliyyətini, eləcə də Azərbaycanın Qarabağ zəfərini əks etdirən videoçarxlar nümayiş olunub.

Görüşdə iştirak edən azərbaycanlı iş adamları, tələbələr və müxtəlif sahələrdə çalışan soydaşlarımız Sinqapurdakı Azərbaycan icmasını ilk dəfə bir araya gətirdiyinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirib. Gəncədə doğulan, 20 yaşında Azərbaycandan köçən və 31 ildir Sinqapurda yaşayan Ləman Bağeri ötən il Bakıya getdiyini, ölkəmizin inkişafına heyran qaldığını və artıq vətəndaşlığını bərpa edərək Azərbaycana qayıtmaq fikrində olduğunu söyləyib. Rusiyada yaşayan məşhur azərbaycanlı onkoloq, professor Məmməd Əliyevin qızı Fərəh Mövsümova xaricdəki azərbaycanlıların ana dilini və milli kimliyini unutmaması üçün komitənin həyata keçirdiyi çoxsaylı layihələri yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycanın İndoneziya və Sinqapurdakı səfirliyinin konsulunun da iştirakı ilə qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra diaspor nümayəndələrinin təklifi ilə Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Sinqapur üzrə koordinatorları seçilib.

Toplantı Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun ifaları ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri