Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

“Əcnəbi söz çox vaxt yad parça kimi gözümüzə girir”

“Əcnəbi söz çox vaxt yad parça kimi gözümüzə girir”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfrans çərçivəsində birinci panel sessiya “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusuna həsr olunub.

“Qafqazinfo” xəbər verir ki, panelin moderatoru “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov olub.

Sessiyada Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxış ediblər.

Müzakirələrdə televiziya və radio məkanında nitq mədəniyyəti, ədəbi dilin düzgün tətbiqi, media nümayəndələrinin peşəkar məsuliyyəti və efir etikasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Çıxışçılar diqqətə çatdırıblar ki, audiovizual mediada dil keyfiyyəti təkcə peşəkarlığın göstəricisi deyil, həm də cəmiyyətin mədəni səviyyəsini və intellektual potensialını formalaşdıran əsas amillərdəndir. Qeyd olunub ki, efirdə ədəbi dil normalarına riayət olunması və düzgün tələffüz Azərbaycan dilinin saflığının qorunmasına, eyni zamanda gənc nəsildə sağlam ünsiyyət mədəniyyətinin formalaşmasına təsir göstərir.

Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova çıxışında bildirib ki, televiziya dilinin düzgün işlədilməsi həm peşəkar məsuliyyət, həm də milli borcdur:

“Mən 55 ildir televiziya sahəsində fəaliyyət göstərmişəm. Bu illər ərzində gənclərlə apardığım işlərdə ən çox toxunduğum mövzu ana dilimizin düzgün istifadə edilməsi olub. Çünki ana dilimiz bizim kimliyimiz, düşüncə tərzimiz, ruhumuzun ifadəsidir. Onu qorumaq, saflığını saxlamaq isə hər birimizin borcudur”.

O, televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini vurğulayaraq diqqətə çatdırıb: “Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir. Halbuki efir dili cəmiyyətə nümunə olmalıdır, çünki milyonlarla tamaşaçı onu eşidir, ondan öyrənir. Doğrudan da, əgər bir sözün bizdə qarşılığı varsa, xarici sözlər işlədilməməlidir”.

G.Əkbərova sonda gənc diktorlar, aparıcı və jurnalistlərə vurğu lüğətlərindən daha çox istifadə etməyi tövsiyə edib: “Çünki düzgün vurğu, aydın tələffüz və ədəbi dilə sadiqlik efir mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dilimiz bizim milli sərvətimizdir. Onu qorumaqla biz öz kökümüzü, tariximizi və gələcəyimizi qoruyuruq”.

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova isə çıxışında bildirib ki, nitq mədəniyyəti hazırda orta təhsil bazasında kifayət qədər yer almır:

“Biz indi internet dilində danışan bir nəsil ilə üz-üzəyik. Sosial media dili ilə efir dili arasında sərhədlər çox böyükdür. Bizim efirdə Azərbaycan dilində danışanda onu köhnə dəb adlandırırlar”.

O qeyd edib ki, ilkin təhsil həm də düzgün danışmağı öyrətməlidir:

“Mən “həsəd” və “həsrət” sözünü bir-birindən fərqləndirə bilməyən gənclər görmüşəm və təəccüblənmişəm ki, bunu necə bilməyə bilər. Azərbaycan yeganə ölkədir ki, biz ana dilimizin içərisinə yad sözlər qatanda düşünürük ki, daha savadlı görünürük”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxışı zamanı bildirib ki, hazırda 50 milyona yaxın insan Azərbaycan dilini bilir, lakin dilin normalarını yaxşı bilənlərin sayı 10 milyon civarındadır:

“Azərbaycan dilinin normalarını qorumalıyıq. Dilimizin bütün üslubları işləkdir. Lakin bədii ədəbiyyata, elmi üsluba yeni sözlər gəlmir, rəsmi üsluba yeni terminlər daxil olmur. Cəmiyyətdə nə baş verirsə, publisistik üslub pozulanda baş verir”.

Nadir Məmmədlinin sözlərinə görə, insanlar ad seçərkən çox zaman mənasına diqqət etmirlər: “Hazırda biz orfoqrafiya lüğətini hazırlayırıq. 82 min sözdən danışırıq. Amma indiyədək Azərbaycan dilinin korpusu yaradılmayıb. Niyə? Çuvaş kimi kiçik xalqın belə dil korpusu var. Dilə müxtəlif yollarla söz gəlir. Əşya dilə söz gətirir. Əcnəbi sözləri dilimizə gətirməzdən əvvəl əvvəlki lüğətlərimizə baxmalıyıq. Alınma söz ehtiyacdan dilə gəlir, amma əcnəbi söz çox vaxt yad parça kimi gözümüzə girir”.

Lamiyə Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri