Icma.az
close
up
RU
Əcnəbilərin Azərbaycanda ən çox maraq göstərdiyi yeməklər MÜNASİBƏT BİLDİRİLDİ

Əcnəbilərin Azərbaycanda ən çox maraq göstərdiyi yeməklər MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan mətbəxi zəngin və multikultural olduğu kimi, ölkəmizin özü də multikultural bir məkan kimi tanınır. Yeməklərdən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanda həm milli mətbəximizə, həm də dünya mətbəxlərinə maraq böyükdür. Xüsusilə gənclər arasında fast food mətbəxi populyardır, eyni zamanda Asiya və Avropa mətbəxləri də maraqla qarşılanır".Bu sözləri SİA-ya açıqlamasında aşpaz Hüseyn Mərdanov deyib.

Onun sözlərinə görə,gürcü mətbəxi Azərbaycanda müəyyən dərəcədə tanınır, lakin bu daha çox aşağı səviyyəli kafelərdə təklif olunur: "Restoran səviyyəsində gürcü mətbəxi o qədər də geniş yayılmayıb. Son illərdə isə Asiya mətbəxinə maraq artmaqdadır, Türk mətbəxi isə hər zaman populyar olub, çünki dad və hazırlama üsulları bizə daha yaxındır. Xarici turistlərə gəlincə, onlar ölkəmizə gəldikdə əsasən milli mətbəximizlə maraqlanırlar. Qutab, dolma, aş, plov, kabab, düşbərə kimi yeməklər onların xüsusi diqqətini cəlb edir. Bəzi restoranlar turistlərin zövqünə uyğun olaraq milli yeməklərimizi daha az yağla və daha yüngül formada təqdim edirlər. Bu da onların sağlam qidalanma vərdişlərinə uyğun gəlir. Əgər biz başqa ölkəyə səyahət etsək, əksər hallarda öz milli yeməklərimizi axtarırıq. Amma əcnəbi turistlər Azərbaycana gəldikdə, xüsusilə qədim və ənənəvi yeməklərimizi dadmaq istədiklərini müşahidə edirik. Bu da milli mətbəximizin zənginliyini və maraq doğuran tərəflərini bir daha sübut edir.

Xaricilər Azərbaycan şirniyyatlarına xüsusilə maraq göstərirlər. Onların arasında paxlava, şəkərbura, badambura, şəkərçörəyi kimi milli şirniyyatlar daha çox diqqət çəkir. Bu şirniyyatlar həm dad, həm də görünüş baxımından zəngin və zərif olduqları üçün xarici qonaqların zövqünü oxşayır. Məsələn, şəkərçörəyin incəliyi və ləzzəti çoxlarını valeh edir. Beləliklə, Azərbaycan mətbəxinin bu zəngin və dadlı nümunələri beynəlxalq səviyyədə də maraqla qarşılanır və sevilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see311

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see194

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see183

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see181

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see166

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12 Oktyabr 2025 03:23see152

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see146

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see136

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see136

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see134

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see127

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see125

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see125

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see125

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see120

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri