Icma.az
close
up
RU
Azərbaycanda arxiv mədəniyyəti indi formalaşmağa başlayıb MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanda arxiv mədəniyyəti indi formalaşmağa başlayıb MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanda arxiv mədəniyyəti indi formalaşmağa başlayıb. Amma indiyə qədər demək olar ki, xronologiya, salnamə, arxiv mədəniyyəti, tarixi yazıya almaq mədəniyyəti demək olar ki, olmayıb". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, M.F.Axundovdan başlayaraq biz Avropa tipli arxivşünaslıq, tarixşünaslıq məsələlərinə başladıq: "Axundov da həmişə tənqid edirdi ki, “biz 17 imperiya yaratsaq da, indiyə qədər onlar haqqında çox az kitab yazmışıq” yaxud bizim yaratmış olduğumuz imperiyalar, keçdiyimiz sivilizasiya yolunun tarixini ya ayrı dildə yazıblar, ya da ki, digər xalqların tarixçiləri yazıblar.

Ən adi hərəkət, şəkil sabahın tarixidir. Təəssüflər olsun ki, biz digər millətlərə görə, çox geridə qalmışıq. Hətta biz kitablarımızı belə elektronlaşdırmamışıq. Bu məsələ ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi kitabxana.net portalı yaradıb. İndiyə qədər Azərbaycanda çap olunan kitabları, bundan sonra çap olunacaqları çalışırıq ki, orada yerləşdirək. 16-17 minə qədər kitabın elektronlaşdırılmış variantı var.

Toy kasetləri də əlbəttə ki, lazımdır. Məndən olsa, bizim bütün toyların onlayn, "YouTube", "TikTok", "Facebook", "İnstagram" üzərindən yayımı həyata keçirilməlidir ki, digər insanlar da ona baxa bilsin. Toy məişət hadisəsi olsa da, o həm də Azərbaycan xalqının bir dəyəridir. Onu tarixləşdirmək, arxivləşdirmək, gələcək nəsillərə göndərmək çox vacibdir.

18-ci əsrdən üzü bu yana bir-iki rəssamı çıxmaq şərtilə bizdə heç bir rəssamın görüntülü tarixi faktı yoxdur. 1920-ci il Sovet ittifaqına qədər bizdə bu çox zəif inkişaf etmişdi. Bu dövrdə “Molla Nəsrəddin" jurnalı, “Kaspi” qəzeti olmasaydı, bizim o dövrdən görüntülü məlumatımız ola bilməzdi. Toy böyük bir mədəniyyət hadisəsidir və Azərbaycan xalqının indiyə qədər bəşəriyyətə bəxş etdiyi dəyərlərdən biridir. Onu da mütləq kasetə almaq lazımdır".

"Millət yalnız mitinqlərə çıxan bir milyon adam deyil. Millət insanlardan ibarətdir. Milləti formalaşdıran insanlar, onların adət-ənənələridir. Bunları da mütləq çəkmək, gələcək nəsillərə çatdırmaq lazımdır. Biz ənənələrdən qaçdığımız üçün bu ənənənin məhv olmasına gətirib çıxarır. Hamı sosial şəbəkələrdə əxlaqsızların çəkidiyi videolara baxır, amma öz ata-anasının, elinin toy mərasiminə baxmağa tənbəllik edir. Təssüflər olsun ki, insanlar toyları kasetlərə alır, amma baxmır, bu ənənənin məhv olmasıdır. Beləcə də, bir-birimizi unuduruq, dəyərlərimizi itiririk. Bu, olmasın deyə, mütləq toy kasetləri olmalıdır.

Sevindirici haldır ki, bədiləşdirilmiş formada toylardan parçalar görürük. Bunları hər kəs "YouTube"də, digər platformalarda yerləşdirməlidir. Biz dünyanın müxtəlif ölkələrində yaşayırıq. İstənilən adam həmin toya baxa bilər. Bəzən olur ki, toya insanlar açıq-saçıq paltarlar geyinir, lakin onlar buna diqqət etməlidir. Çünki şadlıq saraylarının müşahidə kameraları, telefonlar çəkir və onlarda bunu bilirlər. Buna görə də, bunlara fikir verilməlidir. Nəzərə almaq lazımdır ki, toy ictimai hadisədir və ora qatılırsınızsa, oradakı çəkilişlərə də razılıq vermiş olursunuz" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri