Icma.az
close
up
RU
“Economist”: Almaniyada fikir azadlığı təhlükə altındadır

“Economist”: Almaniyada fikir azadlığı təhlükə altındadır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Berlin, 22 aprel, AZƏRTAC

Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalı Almaniyada ifadə azadlığının getdikcə daha çox təhdid altına düşdüyündən yazıb. Nəşr qeyd edir ki, bu tendensiya həm qanunvericilik, həm də məhkəmə qərarları və ictimaiyyətin tənqidə münasibəti fonunda müşahidə olunur.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, nəşrin diqqət mərkəzində sağ-mərkəzçi “Deutschland-Kurier” qəzetinin baş redaktoru David Bendelsin işi dayanır. O, Almaniyanın daxili işlər naziri Nensi Fezerin fotosunu montaj edərək sosial şəbəkələrdə paylaşıb. Şəkildə nazirin əlində “Mən fikir azadlığından nifrət edirəm” yazısı olan plakat əks olunub. Nazirin şikayəti əsasında açılan iş üzrə məhkəmə D.Bendelsi yeddi ay müddətinə şərti həbs cəzası, yüksək məbləğdə cərimə və ictimai şəkildə üzr istəmə cəzasına məhkum edib.

“Economist” yazır ki, bu qərar ölkə daxilində və xaricdə geniş rezonans doğurub. Nəticədə sözügedən foto sosial mediada daha da yayılıb və çoxsaylı istifadəçilər tərəfindən yeni – bəzən zövqsüz montajların hazırlanmasına səbəb olub. Bu hal fikir və söz azadlığının, eləcə də fikirlərin şəkil vasitəsilə yayılmasının konstitusiya ilə təmin olunduğu bir ölkədə ciddi narahatlıq doğurub. Almaniyada son illərdə siyasətçilərin “iş fəaliyyətinə ciddi təsir göstərən” təhqirlərin qanunla daha sərt şəkildə cəzalandırılması imkanı yaradılıb.

Nəşr əlavə edib ki, hazırkı koalisiya hökumətinin proqramında dezinformasiyaya qarşı mübarizə məqsədilə xüsusi tənzimləyici qurumun səlahiyyətlərinin artırılması da nəzərdə tutulur. Jurnal bu təşəbbüsün ifadə azadlığına mümkün təsirlərinə diqqət çəkir.

“Allensbach” ictimai rəy institutunun 2024-cü ildə keçirdiyi sorğuya istinad edən nəşr bildirir ki, almanların yalnız 40 faizi öz fikirlərini sərbəst ifadə edə bildiklərini düşünür. Bu göstərici 1990-cı ildən bəri iki dəfə azalıb və son illərin ən aşağı səviyyəsidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri