Icma.az
close
up
RU
Ədalət Partiyası parçalanıb Partiyada qarşıdurma böyüyür (AÇIQLAMALAR, YENİLƏNİB)

Ədalət Partiyası parçalanıb Partiyada qarşıdurma böyüyür (AÇIQLAMALAR, YENİLƏNİB)

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib. Partiya sədrinin səlahiyyətlərini icra edən, ali məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib.

Mia.az xəbər verir ki, ali məclisin iclasının qərarı Ədalət Partiyasının qurultayının mayın 31-də keçirilməsi müəyyənləşib.

İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyətdə müzakirə olunub. Həmçinin Mütəllim Rəhimovun iştirakı ilə onun son aylarda partiya daxilində subardinasiyaya əməl etməməsi, partiya daxilində regionçuluq təbliğatı aparması, nizamnaməyə zidd “ali məclis” in iclasını çağırması, ali məclis sədrinin səlahiyyətlərini mənimsəməsi, ali məclisin üzvü olmaya-olmaya iclası aparması, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi veto hüququna məhəl qoymaması halları gündəmə gətirilib. Eyni zamanda uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin kobud şəkildə pozulduğu qeyd olunub.

Nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq, siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub.

Qərar Meydan Babayevin təklifi ilə Ədalət Partiyasının Ali Məclisində səsə qoyulub və dəstəklənib(Qaynarinfo).

***

Ədalət Partiyasında qarşıdurma, parçalanma yaşanır.

Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün tərəflərdən biri partiyanın Ali Məclisinin iclasının keçirildiyi barədə məlumat yayıb.

Qeyd edilib ki, partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib və Ali Məclisin iclasının qərarı ilə Ədalət Partiyasının qurultayının mayın 31-də keçirilməsi müəyyənləşib.

İclasda partiya sədrinin müavini Mütəllim Rəhimov nizamnaməyə zidd Ali Məclisin iclasını çağırmaqda, Ali Məclisin üzvü olmaya-olmaya iclası aparmaqda ittiham edilib, Siyasi Şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, aprelin 19-da Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib ki, həmin gün partiyanın Ali Məclisi qurultayın 17 may tarixində keçirilməsi barədə qərar verib. Qurultayda partiyanın yeni sədri seçiləcək, rəhbər orqanlar müəyyənləşəcək.

Baş verənlərə münasibət bildirən Mütəllim Rəhimli APA-ya deyib ki, Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar qəbul edib: “Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər Nizamnaməyə ziddir. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Bunlar məni üzvlükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir. Bu özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var? Mən soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.

Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) adından təqdim edilən məlumatda isə bildirilib ki, aprelin 26-da tarixdə bir qrup şəxsin toplantı keçirməsi təşəbbüsü və “qərar” qəbul etməsi Nizamnaməyə ziddir. MNTK sədri Çingiz Abbasov qeyd edib ki, aprelin 25-də bununla bağlı təşəbbüskarlardan biri Mehman Əliyevə xəbərdarlıq edib və belə tədbirlərin Ədalət Partiyası adından keçirilməsinin yolverilməz olduğunu bildirib: “Bu yığıncağa təşəbbüs göstərmiş partiya üzvləri Vüsalə Dadaşovaya, Mehman Əliyevə və Meydan Babayevə xəbərdarlıq edir. Bu cür hərəkətlərə davam edəcəkləri təqdirdə Nizamnaməyə uyğun olaraq daha ağır cəza ala biləcəklərini onların diqqətinə çatdırır”.

Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri