Icma.az
close
up
RU
Ədalət Partiyasında “Ədalətin Gənc İnciləri”

Ədalət Partiyasında “Ədalətin Gənc İnciləri”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ədalət Partiyasının qərargahında gənc istedadların şeir, rəsm və musiqi nümunələrindən ibarət “Ədalətin Gənc İnciləri” adlı yaradıcılıq tədbiri keçirilib. Tədbirdə istedadlı gənclərin valideynləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.


İştirakçılar əvvəlcə gənc rəssam İlahə Əliyevanın vətənpərvərlik və təbiət mövzularında işlənmiş əsərləri ilə tanış olublar. İ.Əliyevanın əl işləri iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan edilib. Açılış nitqi ilə çıxış edən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün onların inkişafına dəstək verilməsinin vacibliyini vurğulayıb. O, belə tədbirlərin ölkənin gələcək inkişafında mühüm rol oynadığını qeyd edərək, iştirakçılara uğurlar arzulayıb. Partiya sədri Azərbaycanın ən qiymətli sərvətinin insanlar, xüsusilə istedadlı şəxslər olduğunu qeyd edib.


Sonra M.Rəhimli tədbirin aparıcısı Vəfa Əliyevanı proqramı davam etdirmək üçün səhnəyə dəvət edib.


Tədbir çərçivəsində məktəblilər şeir kompozisiyaları, musiqi ifaları və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların təqdim etdiyi yaradıcılıq nümunələri iştirakçılar tərəfindən alqışla qarşılanıb.


Mərasimin fəxri qonaqları  – şair Rəfail Həbiboğlu, Ədalət Partiyasının sədr müavinləri Elman Bağırov, Eldəniz Xəlilov, Fizuli Kərimov və digər natiqlər yeniyetmələrin istedadını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.


Tədbirin sonunda gənc incilərin valideynləri Partiya rəhbərliyinə və təşkilatçılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tedbir gənc iştirakçılara Ədalət Partiyası tərəfindən təşəkkürnamələrin təqdim edilməsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri