Icma.az
close
up
RU
Ədalətin ədalət savaşı

Ədalətin ədalət savaşı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətən müharibəsi başlayanda 19 yaşında cəbhəyə yollanan qorxubilməz oğullarımızdan biri də Ədalət Dəmirovdur.

2001-ci ilin 9 noyabrında anadan olan Ədalət orta məktəbi Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində bitirib. Ali təhsil almaq, həyatda özünə sənət qazanmaq arzularından öncə hərbi xidmətini başa vurmaq istəyib. 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsindən hərbi xidmətə yola düşüb. 10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib. Müharibəyə də həmin hərbi hissədən yollanıb. Ədalət Vətən müharibəsi başlayandan bir neçə gün sonra – oktyabrın 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib.

Ədalət Cəbrayılda şəhid olması ilə bağlı xəbəri alanda atası Nüsrət kişi Füzuli rayonuna yollanıb, oğlunun cəsədini axtarıb. “Həlak olanların cəsədini gətirib Füzulidəki xəstəxananın həyətinə yerləşdirirdilər. Övladımı müəyyənləşdirmək üçün qan analizi verdim. 10 gün analizin cavablarını gözlədim. “Sen get, cavab olunca sənə zəng edəcəyik”, – deyə bildirdilər. Zəng gəlmədikcə “yəqin oğlum sağdır” deyə ürəyimdə düşünürdüm. Amma vaxt uzandıqca gözləyə bilmədim, yenidən Füzuliyə yollandım. Ədaləti həlak olan hərbçilərin arasından tapdım. Oğlum şəhid olmuşdu...”

Anası Ruhiyyə xanım oğlunun vətən yolunda şəhid olmasından qürurla söz açaraq deyir ki, Ədalət torpaqlarımızın azadlığı uğrunda döyüşüb və şəhid olub. Yeganə təsəllim budur. Bir ana kimi oğlumun yoxluğu mənim üçün ağırdır. O evin yeganə oğlu idi. Evin hər yerində onun xatirələri var.

Bibisi Nurə Əsədova üçün də qardaşı oğlunun Vətən uğrunda şəhid olması yeganə təsəllidir: “Ədalət çox tərbiyəli və saf uşaq idi. Əsgərlikdə olanda da mənə tez-tez zəng edir, hal-əhval tuturdu. Dəfnində bütün kənd camaatı göz yaşı tökürdü. Elə təmizliyinə görə də Tanrı onu şəhidlik zirvəsinə qaldırdı. Ədalət noyabrın 9-da doğulmuşdu. Telefon danışığımızda “Əgər icazə versələr, ad günümü gəlib evdə qeyd edəcəyəm”, – dedi. Amma noyabrın 2-də şəhid olması xəbəri gəldi. Ədalət 19 yaşını məzarda qeyd etdi. O, qəhrəmancasına həlak oldu. Vətən qarşısında borcunu canı ilə ödədi. Bircə təsəllimiz odur ki, şəhidlər Tanrının yanında cənnət müjdəçisidirlər. Onlar ölmürlər, zirvəyə yüksəlirlər”, – deyə bibisi söyləyir.

Ədalət Aşağı Qaraməryəm kəndinin yeganə şəhididir. Onun adına kəndin girişində bulaq tikilib. Qəhrəman şəhidimiz döyüşə yollananda sonuncu dəfə dostu Davud Babayevlə telefonla danışıb: “Ədalət mənim həm dostum, həm də ən yaxşı sinif yoldaşım idi. Demək olar ki, mənə qardaş əvəzi idi. Nə sıxıntım olsa, onunla bölüşəndə rahatlıq tapırdım” deyə Davud dostundan qürurla söhbət açır: “Ədalətlə uşaqlıqdan bir yerdə böyümüşdük, bir oynayıb, bir gülmüşdük. Qəmimiz də, sevincimiz də bir idi. Məktəb illərində çox sakit, tərbiyəli şagird kimi bütün kollektivin rəğbətini qazanmışdı. Ədalət tərbiyəsi, əxlaqı ilə seçilirdi. O, həmişə sakitliyi sevirdi. Sülhsevər biri idi. Ən çox futbola marağı vardı. Hər futbol oynayanda “Məni də gözləyin, başlamayın ha...” dediyi daim qulağımda səslənir. İdmandan başqa 2-ci hobbisi balıq tutmaq idi. Hamıdan çox balıq tutmaq istəyirdi. Həmişə deyərdi ki, mənsiz balığa getməyin. İstədiyi hər şeyə can atırdı. Mərd idi, düzgünlüyü sevirdi, heç vaxt yalan danışmazdı. Həm də zarafatcıl idi, qəribə gülüşü vardı. Heç vaxt o sima yadımdan çıxmaz”.

Dostu danışır ki, Ədalət məktəbdə oxuyanda hərbi hazırlıq dərsini daha çox sevərmiş. Məhz bu marağı onun vətənpərvər yetişməsində böyük rol oynadı. Ədalət döyüşə gedən gün mənə zəng vurdu. Həmişəkindən fərqli danışırdı, sanki şəhadətə yüksələcəyini bilirdi. “Görüşmək ümidi ilə” deyib telefonu söndürdü. Təəssüf ki, görüşə bilmədik. Bu, axırıncı danışığımız oldu, ondan sonra onun səsinə həsrət qaldıq. Ədalətin şəhid olması tək ailəsini deyil, bizi də sarsıtdı. Hərdən elə bilirəm ki, nə vaxtsa gələcək, sanki şəhid olmayıb, bir gün zəng edib “mən sağam” deyəcək, bizlə həmişəki kimi danışacaq”. D.Babayev dostunun itkisinə nə qədər çox üzülsə də, onun Vətən uğrunda şəhid olmasından qürur duyur: “Nə qədər sarsıdıcı olsa da, bir o qədər də fəxr edirəm ki, mənim dost dediyim şəxs bu gün ən uca zirvədədir - şəhidlik məqamına sahibdir.

O, nəinki ailəsinin, hər birimizin, bütün Azərbaycan xalqının qəlbində xüsusi yer tutur. Məhz belə qəhrəmanlarımız sayəsində illərlə həsrətində qaldığımız doğma yurdumuza - Qarabağımıza qovuşduq.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Ədalət Dəmirov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

M.MÜŞFİQ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri