Icma.az
close
up
RU
Ədalət Partiyasında sədr kreslosu uğrunda mübarizə

Ədalət Partiyasında sədr kreslosu uğrunda mübarizə

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Mərhum İlyas İsmayılovdan sonra Ədalət Partiyasında sədr kreslosu uğrunda mübarizə başlayıb.

Partiya qurultaya hazırlaşdığı bir zamanda sədr müavini Elxan Şükürlü mətbuata açıqlamasında bildirib ki, qurumda hazırda Ədalət Partiyası sıralarında mərhum İlyas İsmayılov kimi zəngin həyat və idarəçilik təcrübəsinə malik, yüksək elmi-siyasi hazırlıqlı, hamını öz ətrafında birləşdirməyi və qoruyub saxlamağı bacaran, siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə və maddi resurslara sahib, prezidentliyə iddialı ikinci yetkin bir insan - lider yoxdur:

"Məsələnin hüquqi və ilk baxışdan da hamıya sadə görünən tərəfi budur ki, partiya qurultaya gedəcək, o qurultayda yeni sədr seçiləcək və onunla da yola davam ediləcək. Lakin bu, təkrar edirəm, yalnız məsələnini görünən tərəfidir".

Elxan Şükürlü nə dərəcə haqlıdır, doğrudanmı Ədalət Partiyasında siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə malik bir şəxs yoxdur?

Bakupost.az xəbər verir ki, Ədalət Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimov Qaynarinfo-ya açıqlamasında hazırda partiyada qurultaya hazırlıq işlərinin getdiyini vurğulayıb:

"Nizamnaməyə görə, Ədalət Partiyası qurultayla bağlı qərar verməlidir. Biz bu istiqamətdə müzakirələr aparırıq. Belə bir fikir var ki, qurultayadək partiyada olan fikir ayrılıqlarını həll edək və vahid namizəd üzərində dayanaq".

Mütəllim Rəhimov vahid namizədlə bağlı fərqli fikirlərin olduğunu bildirib:

"Bir fikir var ki, biz qurultaya vahid namizədlə gedək. Digər təklifə görə, bütün namizədlərlə birgə qurultaya gedək, orada seçki keçirilsin və sədr seçilsin”.

Mütəllim Rəhimov qurultayda namizəd olacağını da açıqlayıb:

"Mən Ədalət Partiyasınin yaranmasında İlyas müəllimlə bərabər iştirak etmişəm. Partiya üzvlərini tanıyıram. Onlar da məni yaxşı tanıyırlar. Buna görə də mənə çoxsaylı təkliflər gəlir ki, namizədliyimi verim. Düşünürəm ki, Ədalət Partiyasıni yaşatmaq, ideoloji-siyasi platformasını davam etdirmək üçün bu təkliflərə müsbət yanasmalıyam”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri