Icma.az
close
up
RU
Ədalət Partiyasında sədr seçimi Qurultayın öhdəliyindədir Rahim Nuriyev

Ədalət Partiyasında sədr seçimi Qurultayın öhdəliyindədir Rahim Nuriyev

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rahim Nuriyev: “Qurultay kimi dəstəkləsə, sədr seçiləcək, digər iddialılar seçilmiş yeni sədrin əlini sıxaraq, təbrik etməli, Qurultayın qərarına hörmətlə yanaşmalıdırlar”


Ədalət Partiyasının keçmiş sədri İlyas İsmayılovun vəfatından sonra partiya daxilində müəyyən çəkişmələr, gərginliklər yaşanıb. Nəticədə partiya daxilində ikitirəlik meydana gəlib. Daha sonra Ali Məclisin keçmiş sədri Meydan Babayev və digər 4 nəfər - Vüsalə Dadaşova, Mehman Əliyev, Elçin Qurbanov, İlham Hüseyn partiya üzvlüyündən çıxdıqlarını bəyan ediblər. İstefaların ardınca Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib və bir neçə nəfərin partiya sıralarını tərk etməsinə münasibət bildirilib. Təşkilat Komitəsinin yaydığı açıqlamada deyilib ki, TK bütün iddialı üzvlərin qurultayda iştirak etməsi və öz iddialarını qurultay nümayəndələrinin müzakirəsinə təqdim etməsi barədə dəfələrlə çağırışlar edib. Lakin bir neçə nəfər bunu qəbul etməyərək, partiya sədrini əvvəlcədən öz aralarında müəyyənləşdirərək, Qurultayın formal xarakter daşıması iddialarından geri çəkilmək istəməyib. Qeyd olunub ki, yaranmış fikir ayrılığını demokratik seçki yolu ilə həll etmək əvəzinə, Meydan Babayev və onunla həmfikir olanlar Nizamnaməyə zidd addımlar atmağa cəhd göstəriblər. Bu, alınmadıqda isə partiya sıralarını tərk etmək haqqında qərar qəbul ediblər. Məlumat üçün bildirək ki, Ədalət Partiyasının növbəti qurultayı mayın 17-də keçiriləcək. Bəyanatda da bildirilib ki, partiya öz monolitliyini saxlamaqda, növbəti IX Qurultaya hazırlığı davam etdirir. 


Ədalət Partiyası Təşkilat Komitəsinin üzvü Rahim Nuriyev "Sherg.az"a müsahibəsində partiyada yaşananlara aydınlıq gətirib. R.Nuriyev vurğulayıb ki, Təşkilat Komitəsi və rayon təşkilatları Qurultaya hazırlıq işləri ilə məşğuldur.


- Rahim bəy, mərhum İlyas İsmayılovdan sonra Ədalət Partiyasında baş verənləri necə dəyərləndirirsiniz? 

 - Partiya dinamik təşkilatdır. Ümumi maraqlarla yanaşı, fərdi maraqlar və istəklər də mövcuddur. Lakin hər bir partiya Nizamnamə ilə idarə olunmalıdır. Partiyamızın sədri rəhmətə gedəndən, yəni 17 fevraldan sonra, hətta ondan öncə Ali Məclisin üzvü, rayon təşkilatın sədri kimi sədr səlahiyyətlərini icra edən Meydan Babayev qarşısında məsələ qaldırmışdım ki, dərhal Məclis çağırılsın və mövcud vəziyyət haqqında məlumat verilsin. Lakin bu, qəbul edilmədi. Belə təklif olundu ki, mentalitet məsələlərini nəzərə alaraq, mərhumun 40-na qədər gözləyək, bu məsələlərə hələlik toxunmayaq və s. Amma rayon təşilatları ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, rayon təşkilatları mövcud ola-ola, Meydan bəyin tapşırığı ilə rayonlarda alternativ, paralel təşkilatlar yaradılır. Bunların qara-qura məqsədi orada üzə çıxdı. Dərhal məsələ barədə Siyasi Şura qrupunda məlumat verdim və tələb etdim ki, Məclis çağırılsın. Sonra Məclis üzvlərinə müraciət etdim. Məclis üzvləri, rayon təşkilatları dəstək verdilər və Məclisin çağırılması üçün Təşəbbüs Qrupu yaratdıq. Mütəllim bəydən (Hazırda Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimov - red) xahiş etdik ki, toplantının keçirilməsi üçün təşkilati-texniki məsələlərə rəhbərlik etsin. Çünki hərəmiz bir rayondayıq, o isə Mərkəzdədir. Mütəllim bəy Ədalət Partiyasının bərpasından bu yana bütün təşkilati, texniki məsələlərə rəhbərlik edib. Qərarlaşdırdıq və Siyasi Şuraya müraciət etdik. Siyasi Şura da buna razılıq verdi. Meydan Babayev özü yazılı şəkildə bildirdi ki, Siyasi Şuranın keçirilməsinə etiraz etmir. Hətta xeyir-dua verdi və vurğuladı ki, övladının xeyir işi ilə əlaqədar başı qarışıqdır. Nəticədə Siyasi Şura toplandı, yığıncaq keçirildi. 11 nəfər Siyasi Şura üzvündən 7 nəfəri sənədi imzaladı. Ancaq bir gün sonra M.Babayevin təsiri ilə 2 nəfər sənədə atdığı imzadan imtina etdi. Amma yenə də 5 nəfər qaldı və biz Məclisi keçirtdik. Lakin Meydan bəy öz mövqeyini davam etdirdi, hətta ofisin kilidini dəyişdirdi və özü də Məclisə gəlmədi. Halbuki, M.Babayevə də Məclisdə iştirak etməsi üçün müraciət ünvanlamışdıq. İclasda 3 qərar qəbul etdik. Birinci qərarımız Məclisin keçirilməsinə, Qurultayın çağırılmasına maneçilik törədənlərin səlahiyyətlərinə xitam verilməsi oldu. Təşkilat Komitəsi yaradaraq Qurultaya qədər bütün səlahiyyətləri ona verdik. Eyni zamanda 17 may tarixində Qurultayın keçirilməsi barədə qərar qəbul etdik. Vəssalam. Bunlar ondan sonra bəyanatlar verdilər, biz də cavablarını verdik, partiya adından onlara xəbərdarlıq etdik. Çünki Məclis adı ilə toplantı keçirdilər, amma orada cəmi 7 nəfər Məclis üzvü var idi, qalanları kənar şəxslərdi, heç partiya üzvləri deyildilər. Çıxış yolları qalmadığı üçün pozuculuq işinə rəhbərlik edən 5 nəfər istefa verdi. Partiyanın möhür-ştampı, sənədləri, qərargahı da geri alındı. 


 - 5 nəfərdən sonra partiyadan istefa verənlər oldumu? "Kütləvi istefalar"ın olacağı iddia edilirdi? 

 - Yox, bilirsiz, baş verənləri sadəcə iki rayon təşkilatının - biri Xəzər, digəri Xətai rayon təşkilatının rəhbərliyi dəstəkləyirdi. Partiya üzvləri onlara dəstək vermirdi. Heç rayon təşkilatının partiya üzvlərinin əksəriyyətinin bu məsələdən xəbəri yox idi. Bəyanatlarımızdan sonra məsələ aydınlaşdı. Hazırda kənarda qalanlarla danışıqlar gedir ki, onlar da prosesdən kənarda qalmasın. 17 maya qədər vaxt var, qapı açıqdır, gəlsinlər, prosesdə iştirak etsinlər. Rayon təşkilatının sədri bir nəfərdir, onun şəxsi mövqeyi ilə barışmayanlar var. Rəhbərlik tərəfindən onlarla danışıqlar aparılır. Heç kəsi kənarda qoymaq istəmirik. Onlar da bizim partiyadaşımızdır. Bir-iki nəfərin pozuculuq hərəkətinə görə onlar kənarda qalmamalıdır. 


 - Qurultaya hazırlıq işləri necə gedir? 

 - Təşkilat Komitəsi işləyir, rayon təşkilatlarında artıq konfransların vaxtları, qrafikləri müəyyənləşdirilib. Konfranslar keçiriləcək, nümayəndələr seçiləcək. Təşkilat Komitəsinin sədri Qurultayın keçirilməsinə yer verilməsi üçün rəsmi qaydada, "Siyasi partiyalar haqqında" qanuna müvafiq olaraq hökumətə müraciət edib. Qurultayın keçirilməsi üçün bizə yer ayrılmalıdır. Görək, nə olur. 


 - Yeni sədrin kimliyi də müzakirə mövzusudur. Bu məsələdə funksionerlər arasında konkretlik varmı?

 - Bilirsiz, bütün məsələlər Qurultayda həll olunmalıdır. Sədrliyə iddialı şəxslərə başdan müraciət etdik ki, gəlsinlər Qurultayda öz namizədliklərini irəli sürsünlər. Qurultay kimi dəstəkləsə, sədr seçiləcək. Digər iddialılar seçilmiş yeni sədrin əlini sıxaraq, təbrik etməli, Qurultayın qərarına hörmətlə yanaşmalıdırlar. Siyasi partiyalarda gedişat belə olmalıdır. Yoxsa, qabaqcadan müəyyənləşdirək ki, partiya sədri Həsən olmalıdır, Vəli olmalıdır, axı bu, bizim səlahiyyətimizdə deyil. Əlbəttə, mənim şəxsi mövqeyim ola bilər. Yaxud hansısa rayon təşkilatının da öz yanaşması olar. Amma sədr seçimi Qurultayın öhdəliyindədir. Ona görə də sədrin kimliyi məsələsini ajiotaja çevirməyi doğru saymıram. Namizədlər bir neçə nəfər ola bilər, Ədalət Partiyasının potensialı çoxdur.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri