Icma.az
close
up
RU
Ədalət Vəliyev partiya sədri ilə görüşdü

Ədalət Vəliyev partiya sədri ilə görüşdü

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Vəhdət Partiyasının VI Qurultayında yeni seçilmiş sədri Adəm İsmayıl oğlu Bakuvi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, A.Bakuvini partiya sədri seçilməsi ilə əlaqədar təbrik edən Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə siyasi müstəvidə sağlam əməkdaşlıq mühitini təşviq edən siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirib.

Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan çoxsahəli islahatlar, əldə olunmuş tarixi qələbə, uğurla icra olunan Böyük Qayıdış proqramı, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı, Azərbaycana qarşı aparılan informasiya müharibəsində siyasi partiyaların fəal mövqe sərgiləməsinin əhəmiyyəti və digər bu kimi məsələlər barədə danışan Administrasiya rəsmisi dünyada müşahidə olunan münaqişələr və mürəkkəb proseslər fonunda milli həmrəyliyin qorunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulayıb.

Eyni zamanda, görüş çərçivəsində cəmiyyəti düşündürən məsələlərlə bağlı siyasi partiyalarla açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında fikir mübadiləsi aparılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdiriləcəyi bildirilib.

Son dövrdə görülən məqsədyönlü işlər nəticəsində siyasi partiyaların ölkənin siyasi-ictimai həyatında artan rolunu qeyd edən A.Bakuvi sədrlik etdiyi partiya üçün milli maraqların və dövlətçilik mövqeyinin qorunmasının hər zaman prioritet təşkil edəcəyini vurğulayıb.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məsələsinin partiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri olacağını vurğulayan partiya sədri dialoq mühitini dəstəkləmək məqsədilə ölkədə fəaliyyət göstərən sağlam niyyətli siyasi partiyalar ilə açıq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinin də partiyanın gündəlik vəzifələrindən biri olacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see302

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see300

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see287

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see240

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see237

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see235

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see231

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see214

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see201

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see191

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see187

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see180

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see180

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see178

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see169

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see167

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see166

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see162

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see155

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri