Icma.az
close
up
RU
Ədalət Verdiyev həbs edildi

Ədalət Verdiyev həbs edildi

Azvision-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır Ədalət Verdiyev həbs edildi.

AzVision.az Baş Prokurorluğa istinadən xəbər verir ki, bu tədbirlərin davamı kimi, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı cari il noyabrın 22-də Azərbaycan Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azvision.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə şad xəbər! Əməkhaqqı və mükafatlarla bağlı yeni dəyişikliklər FOTO

11 Fevral 2025 23:42see4584

Soyuq duş stresə qarşı müqaviməti inkişaf etdirir və...

11 Fevral 2025 22:05see138

Netanyahu HƏMAS a xəbərdarlıq edib

11 Fevral 2025 21:59see134

Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq Türk tarixinin izi

11 Fevral 2025 23:13see132

Qurban Qurbanov: Boşluqlardan düzgün istifadə etdik

11 Fevral 2025 22:10see130

Ənvər İbrahim Ərdoğana təşəkkür etdi

12 Fevral 2025 08:27see124

Ukrayna ordusu bu ərazidə mühasirəyə düşdü

12 Fevral 2025 00:04see123

Netanyahu nazirlərə qadağa qoyub: Atəşkəs və əsir mübadiləsindən kimsə danışmasın

12 Fevral 2025 00:16see122

Rusiyanın məşhur aparıcısı iflic olub

12 Fevral 2025 01:10see121

Sağlam marmeladı necə seçmək olar?

11 Fevral 2025 23:46see121

Bu gün hansı bürcün bəxti gətirəcək?

12 Fevral 2025 08:34see120

Şuşa abadlaşdırma ilə əlaqədar 361 min xərclənəcək

12 Fevral 2025 08:27see119

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

12 Fevral 2025 08:39see118

Münahisə etdiyi arvadını belə ÖLDÜRDÜ

12 Fevral 2025 16:50see117

Küçə musiqiçisi reper P.Diddini zorlamaqda ittiham edib

12 Fevral 2025 07:20see115

Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

12 Fevral 2025 14:13see113

Suriya Rusiya və İrandan müsbət siqnallar aldığını açıqlayıb

12 Fevral 2025 15:54see110

ABŞ Energetika Nazirliyi Rusiya neft sənayesinə qarşı sanksiyaların nəticələrini açıqlayıb

12 Fevral 2025 07:54see110

“Bağdan”ın tomat pastaları kiflənib Foto

12 Fevral 2025 13:47see109

Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12 Fevral 2025 18:48see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri