Icma.az
close
up
RU
Trampın oyunu: Ukraynanın faydalı qazıntıları haqqında bəyanatın arxasında nə dayanır?

Trampın oyunu: Ukraynanın faydalı qazıntıları haqqında bəyanatın arxasında nə dayanır?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Konstitusiyaya görə, Ukraynanın yeraltı sərvətləri xalqa məxsusdur və onun maraqları nəzərə alınmalıdır..."

Tramp Ukraynanın faydalı qazıntılarını vurğulamağa davam edir və bildirir ki, ABŞ əvvəlki yardımına görə onlara çıxış əldə etməlidir.

Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna hərbi yardımın əvəzi kimi Amerikaya 500 milyard dollar dəyərində faydalı qazıntılar verməyə razılaşıb. "Mən onlara dedim ki, təxminən 500 milyard dollara ekvivalent faydalı qazıntılar istəyirəm və onlar, əslində, bununla razılaşdılar", - o, bildirib.

Bununla yanaşı, Tramp təkid edir ki, ABŞ hətta Rusiya ilə sülh sazişi bağlanıb-bağlanmamasından asılı olmayaraq Ukraynanın təbii ehtiyatlarına çıxış əldə etməlidir. Bu perspektivlər və onların şərtləri barədə "Razumkov Mərkəzi"nin enerji proqramları direktoru Vladimir Omelçenko danışıb.

Konstitusiyaya görə, Ukrayna ərazisində olan yeraltı sərvətlər xalqa məxsusdur. Onların ötürülməsi ilə bağlı sənədin imzalanması nə dərəcədə qanuni ola bilər?

Düşünürəm ki, bu, konstitusiya məsələsidir. Qanunvericiliyə müvafiq dəyişikliklər edilmədən bu mümkün deyil. Buna görə də parlament olmadan bunu həyata keçirmək mümkün deyil.

Əvvəlcə bu yolun Ukraynada hüququn aliliyinə cavab verməsi və hər şeydən əvvəl təkcə ayrı-ayrı amerikalı sənayeçilərin yox, Ukrayna xalqının maraqlarını nəzərə alması vacibdir.

Son müsahibəsində prezident Zelenski Ukraynanın ABŞ-dan "75 milyard dollardan çox" yardım aldığını bəyan edib və jurnalistlər tərəfindən göstərilən 177 milyard dollar rəqəmini təkzib edib. Bəs bu halda niyə Trampın dediyinə görə Ukrayna 500 milyard dollar dəyərində resurslar verməyə razıdır? Bu, aldığı dəstəkdən beş dəfə çoxdur.

Bilirsiniz, bu məsələ hələ müzakirə olunur, heç bir rəsmi qərar yoxdur. Sadəcə, danışıqlar prosesi gedir. Şübhəsiz ki, Tramp ABŞ-ın maraqları naminə hərəkət edir və ölkəsi üçün mümkün qədər çox fayda əldə etməyə çalışır.

Ona görə də belə bir məbləğ səsləndirir. Ancaq biz də müəyyən şərtlər qoya bilərik,  məsələn, ABŞ ilə birgə faydalı qazıntıların işlənməsi üçün müəssisələr yaratmağa hazırıq, lakin bu müəssisədə dövlət mülkiyyətinin nəzarət paketi və ya müəyyən bir hissəsi olmalıdır.

Bu o demək deyil ki, biz bütün resursları 500 milyard dollarlıq məbləğdə ötürəcəyik, bu absurd fərziyyədir. Hazırda heç bir sənədlə təsdiqlənməmiş, sadəcə, müzakirələr gedir. Ukrayna danışıqlar apararaq öz maraqlarının nəzərə alınmasını tələb edə bilər.

Əslində, nadir torpaq metalları yataqlarının birgə işlənməsi təklifi normaldır. Bu, çox uzunmüddətli bir prosesdir, kəşfiyyat işlərinin aparılması da daxil olmaqla on illər tələb edir, çünki hazırda onlar haqqında tam məlumat yoxdur. Tam kəşfiyyat başa çatana və bütün sənədlər razılaşdırılana qədər 2040-2050-ci illər olacaq, yəni bu, tez baş verən bir proses deyil.

Avropalılar da ABŞ qədər Ukraynaya yardım edib. Onlar bu "səxavət hərracına" baxaraq hər hansı bir "kompensasiya" tələb edə bilərlərmi? Xüsusilə nəzərə alsaq ki, Ağ Ev administrasiyası bir neçə dəfə bəyan edib ki, ABŞ Ukraynanın bütün təhlükəsizlik və maliyyə yükünü Avropanın üzərinə qoymaq niyyətindədir.

Düşünürəm ki, bu, çətin ola bilər. Yenə də Trampın sözlərinə skeptik yanaşmaq lazımdır. Ola bilsin ki, o, sadəcə, siyasi oyun aparır və heç nəyi inkişaf etdirmək niyyətində deyil, çünki anlayır ki, bu, çox uzun müddət tələb edir. Orada nə qədər ehtiyat olduğu belə dəqiq məlum deyil. Ukraynada sərmayə üçün müharibə, müharibədən sonrakı bərpa prosesi kimi çətin şərait var.

Çox güman ki, o, sadəcə, seçicilərinə mesaj vermək istəyir ki, guya, Bayden hər şeyi "pulsuz" verib, amma o, amerikalıların maraqlarını düşünür və Ukrayna yardımı əvəzsiz olmayacaq, əksinə, təbii sərvətlərin müqabilində veriləcək. Yəni bu mesajla o, Ukraynaya silah tədarükünü əsaslandırmaq istəyir, çünki anlayır ki, Ukrayna silaha ehtiyac duyur.

Tramp hansı resurslarla maraqlana bilər?

Trampın özü heç bir resursla maraqlanmır, çünki bu sahəni yaxşı bilmir. Onun arxasında duran biznes maraqlana bilər. Əsasən nadir torpaq elementləri, titan filizi, litium, manqan və s. cəlbedici ola bilər.

Ukraynanın 500 milyard dollara ekvivalent resursları qaytarması üçün neçə il və ya hətta neçə nəsil lazım olacaq? Bunu demək mümkün deyil. Xüsusi texniki-iqtisadi əsaslandırma, proqnozlar, konsepsiya və strategiya hazırlanmalıdır. Bu, çox böyük işdir və belə bir qiymətləndirmənin aparılması üçün illər tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Fevral 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri