Icma.az
close
up
RU
Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

“Rus evi”nin bağlanması Azərbaycanın milli təhlükəsizlik maraqlarına uyğun olaraq müəyyən edilmiş qaydalar və hüquqi çərçivələr daxilində həyata keçirilib. “Rus evi”nin bağlanması bu qurumun fəaliyyətinin milli təhlükəsizlik və daxili siyasətə uyğun olmadığı iddiaları ilə əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən verilmiş bir qərardır. Bəs bu Azərbaycan-Rusiya münasibətlərində müəyyən dəyişikliklərin siqnalı ola bilər?

Politoloq Elxan Şahinoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiya tərəfindən Azərbaycana vurulan sərnişin təyyarəsinə görə üzərinə düşənləri etməməsi, əlbəttə ki, münasibətlərin normallaşmasını problematik edir:

“Prezident İlham Əliyevin tələbləri var: üzrxahlıq etmək, kompensasiya ödəmək, cinayətkarların cəzalandırılması. Ancaq bu istiqamətdə Moskva heç bir addım atmır. Tam əksinə, Azərbaycana qarşı qara piar kampaniyası başlanıb, Azərbaycan hədələnir və ölkəmiz adekvat addımlar atır. “Rus Evi” bağlandı, çünki qeydiyyatda deyildi və öz kəşfiyyat mərkəzinə çevrilmişdi. Bu, bizim milli və təhlükəsizlik maraqlarımıza ziddir. Lakin bütün hallarda münasibətlərin normallaşması aktuallığını qoruyur”.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərgin olmasını istəməz:

“İlk addımı Rusiya atmalıdır. Təyyarə məsələsinə aydınlıq gətirməli və Azərbaycana qarşı qara təbliğatı dayandırmalıdır. Əgər bunlar olmazsa, əlbəttə ki, münasibətlərin normallaşması çətin olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Fevral 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see307

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see301

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see297

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see280

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see279

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see233

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see204

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see190

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see184

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see180

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see180

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see176

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see175

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see175

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see174

Azərbaycan güləşçilərindən 5 medal

04 İyul 2026 14:05see172

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see170

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5 10 avtomobil düşür VİDEO

04 İyul 2026 06:10see169

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul 2026 09:10see167

Daha bir ölkə məktəbdə telefon qadağası tətbiq edir

04 İyul 2026 04:47see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri