Icma.az
close
up
RU
Ədalətli mühakimə mübahisələndirilə bilməz TƏHLİL

Ədalətli mühakimə mübahisələndirilə bilməz TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan dünyanın ən demokratik, azad dövlətlərindən olduğunu hər bir sahədə atdığı addımları, dövlət səviyyəsində verdiyi qərarları ilə nümayiş etdirib. Hətta 30 il Azərbaycanın torpaqlarının işğalında iştirak etmiş, sülh və insanlıq əleyhinə qatı cinayətlər, qətliamlar törətmiş, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılmasında əsas təşkilatçılar və icraçılardan olmuş Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Ruben Vardanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri ilə bağlı keçirilən məhkəmə prosesi beynəlxalq hüquq norma və prinsipləri, Azərbaycanın qanunvericiliyi əsasında keçirildi. Halbuki, onlara qarşı törətdikləri cinayətlərə adekvat cavab verilə bilərdi. Ancaq Azərbaycan dövləti müasir dünyanın ən sivil, demokratik, hüquqi dövlətlərindən biri olaraq hərbi canilərə qarşı münasibətini qanunlara müvafiq həyata keçirdi. Bu baxımdan dünyanın əksər dövlətləri məhkəmənin canilər haqqında çıxartdığı qərarı müsbət dəyərləndirdilər. Sadəcə erməni lobbisinin təsiri altında olan, Vardanyanın milyardlarından bəhrələnən bəzi üzdəniraq “hüquq müdafiəçiləri”, Fransa, Böyük Britaniya kimi dövlətlərin paralamentlərinin ermənipərəst deputatları boş və mənasız açıqlamalarla çıxış etdilər. Fransa Milli Assambleyası bir qədər də iyrəncliyini genişləndirərək layiqli formada cəzalarını alan Ermənistan vətəndaşları olan canilərin “dərhal və qeyd-şərtsiz azad olunması” ilə bağlı sərsəm kağız parçası qəbul etdi. Bununla bir daha Fransa Milli Assambleyası Makronun Azərbaycana qarşı düşmənçilik siyasətini və fəaliyyətini davam etdirdiyini göstərdi. Eyni zamanda erməni “revanşist” dığalarından heç nə ilə fərqlənməyən məxluqlar Cənubi Qafqazda yaranmaqda olan sülh siyasətinə qarşı olduqlarını nümayiş etdirdilər.

Məlumata görə, qətnamə layihəsinin müəllifi həm Fransa, həm də Ermənistan vətəndaşı olan, Fransa-Ermənistan Dostluq Qrupunun üzvü Loran Vaukiez hazırlayıb və müzakirələrə təqdim edib. Qəbul edilən kağız parçasından başqa bir şey olmayan sənəddə Azərbaycanın məhkəmə orqanları tərəfindən müharibə cinayətləri, separatçılıq, terror fəaliyyəti və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər “erməni əsirləri” kimi təqdim olunur. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsiplərinə - dövlətlərin daxili işlərinə qarışmamaq və məhkəmə müstəqilliyinə hörmət prinsiplərinə ziddir. Erməni əsilli Loran Vaukiez tərəfindən hazırlanan və qəbul edilən səndə “Artsax” terminindən istifadə olunur ki, bu da Beynəlxalq hüquququn kobud şəkildə pozulmasıdır. Dünyanın heç bir dövləti, eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmayan bu ifadənin parlament daxilində səslənməsi və sənədə salınması Fransanın Azərbaycana qarşı düşmən münasibəti və ərazi bütövlüyünə qarşı sərsəm baxışıdır.

Fransa xalqlar həbsxanasına çevrilir

Fakt ondan ibarətdir ki, Fransa qeyri-demokratik quruluşdur. Müstəmləkə altında saxladığı ərazilərdə insanlığa və bəşəriyyətə qarşı çoxsaylı cinayətlər törədib. Ölkə daxilində miqrantların sadə hüquqları belə tanınmır. Addımbaşı Asiyadan, Afrikadan Fransaya turist və ya işləmək üçün gələn insanlar təqib olunur, döyülür və şərlənərək həbsə atılırlar. Böyük Britaniyadan Fransaya “bir daxil olan – bir çıxan” sxemi çərçivəsində deportasiya edilən miqrantlar kifayət qədər tərcüməçi, hüquqi məsləhət və sonrakı taleləri barədə məlumat almayırlar. Britaniya həbsxanalar üzrə müfəttişliyinin dərc etdiyi hesabatda qeyd olunur ki, saxlanılanlar Fransaya aparıldıqlarını bilsələr də, orada onları nə gözlədiyi barədə məlumatlı olmayıblar və bu, bəzilərində narahatlığı artırıb. Deportasiya olunanlara hüquq firmalarının telefon nömrələri verilsə də, bir çoxu vəkillərin onların işini götürmək istəmədiyini bildirib. Razılaşmaya əsasən, kiçik qayıqlarla Britaniyaya gələn şəxs saxlanılaraq Fransaya qaytarıla bilər, bunun müqabilində isə eyni sayda miqranta Fransadan Britaniyaya yeni qanuni marşrutla gəlməyə icazə verilir. Məqsəd miqrantları təhlükəli və qeyri-qanuni keçiddən çəkindirməkdir.Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü hesabatla bağlı bildirib ki, saxlanılanların rifahı ən yüksək prioritetdir və saxlanma və köçürmə prosesləri ləyaqətə uyğun şəkildə həyata keçirilməlidir. Nazirlik əlavə edib ki, saxlanılanlara 26 dildə məlumat vərəqələri təqdim olunur.

Hüquq müdafiə təşkilatları isə bu sxemi özbaşına, lazımi hüquqi prosedurlardan məhrum və miqrantların rifahını nəzərə almayan mexanizm kimi qiymətləndirirlər. Keçən il BMT-nin yeddi xüsusi məruzəçisi də daxil olmaqla bir qrup ekspert Britaniya və Fransa hökumətlərinə məktub göndərərək proqramın dayandırılmasına çağırmış və onun beynəlxalq insan hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxara biləcəyini bildirmişdi. Fransa Daxili İşlər Nazirliyi məsələ ilə bağlı sorğuya cavab verməyib.

Göründüyü kimi, Fransa xalqlar üçün həbsxana rolunu oynayır. Həbs edilənlər vəkillə, tərcüməçi ilə təmin olunmurlar. Azərbaycanda isə soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətmiş Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bildikləri dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunublar. Bunla yanaşı onları Azərbaycan dövlət orqanlarına, eləcə də İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciətlərinə dərhal reaksiya verilir. Onlarla görüşülür və fikirləri dinlənilir.

“Təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam təmin edilib”

Martın 16-da növbəti dəfə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun üzvləri ağır cinayətlərdə təqsirləndirilərək məhkum olunmuş erməniəsilli şəxslərin, o cümlədən Ruben Vardanyanın saxlanıldığı müəssisəyə baş çəkiblər. Ombudsman Aparatından verilən məlumata görə, Ombudsmanın “916” Çağrı Mərkəzinə R.Vardanyan tərəfindən edilmiş zəng də qeydə alınıb.

Ombudsman Aparatının məlumatında bildirilir ki, bütün istintaq və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam təmin edilib: “Onların vəkillə təmin olunması, müdafiə mövqeyini hazırlaması və məhkəmə prosesində iştirak imkanları qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təmin edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları məhkəmə proseslərində iştirak edərək təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmini vəziyyətini bilavasitə müşahidə ediblər. Bununla yanaşı, Ombudsman Səbinə Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən təqsirləndirilən erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla bir neçə dəfə konfidensial görüşlər keçirilib, onların saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib. Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib, şəxsin fundamental hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb” – məlumatda qeyd olunub”.

Bildirilir ki, Ombudsman Aparatının əməkdaşları tərəfindən həyata keçirilən başçəkmələrdə təqsirləndirilən erməniəsilli şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz dillərində qanunvericilik aktları təqdim edilib: “Milli Preventiv Qrupun ixtisasca həkim və psixoloq üzvünün də iştirak etdiyi başçəkmələr zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən R.Vardanyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını bildirərək qəbula görə Ombudsmana təşəkkür ediblər. Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqi yardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyən edilib”.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see280

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see260

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see259

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see256

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see250

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see247

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see235

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see227

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see220

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see210

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see210

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see207

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see205

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see198

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see196

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see189

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see189

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see178

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see178

Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...

06 Sentyabr 2026 03:05see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri