Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Hərbi canilər haqqında ədalətli hökm veriləcək TƏHLİL

Hərbi canilər haqqında ədalətli hökm veriləcək TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Tarixi ədalət ondan ibarətdir ki, heç zaman insanlığa, bəşəriyyətə qarşı törədilən cinayətlər yerdə qalmır. Gec-tez qatillər layiqli cəzalarını alırlar. Misal olaraq, nasistlərin liderlərinin mühakimə ilə bağlı yaradılan Nürnberq prosesi, keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı vasitəsi ilə Slobodan Miloşeviçin və Radovan Karaciçin mühakimə edilmələrini göstərmək olar. İyirmi birinci əsrdə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Ermənistan vətəndaşları olan hərbi canilərin törətdikləri qətliamlar, soyqırımı aktları, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayət əməlləri ilə bağlı Nürunberq məhkəməsi yaradıldı. Məhkəmə qarşısına Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri çıxarıldı. Proses zamanı az qala bütün dünyanın media orqanlarının diqqəti Azərbaycana yönəldi. Müxtəlif erməni təşkilatları, qərəzli ölkələrin bəd niyyətli hakimiyyətlərinin nümayəndələri ölkəmizə təzyiq etməyə və bu yolla hərbi canilərin azadlığına nail olmağa cəhdlər göstərdilər. Ancaq Azərbaycan dövləti, azad, demokratik məhkəmələr hər cür təhdidi, əsassız ittihamları rədd etdilər. Bununla bir daha Azərbaycan dövləti ədalətin carçısı, haqqın, hüququn dəstəkçisi olduğunu nümayiş etdirdi. Təsdiq etdi ki, Xocalıda, Şuşada, Malıbəylidə, Ağdamda, Cəbrayılda, Kəlbəcərdə, Zəngilanda və digər işğal edilmiş ərazilərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, qətliamlar cavabsız qala bilməzdi və ədalətli məhkəmə qərarının qəbul edilməsi ilə qalmadığını göstərdi. Hələ 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlatdı mərasimində Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Ermənistan hakimiyyəti və erməni separatçıları baş verənləri – həm ikinci Qarabağ müharibəsini, həm də Qarabağ bölgəsində antiterror tədbirlərini unutmamalıdır”.

Bakı Hərbi Məhkəməsinin çıxartdığı ədalətli hökmdən sonra düşünmək olardı ki, erməni əsilli hərbi canilər qərarı sakit qarşılayacaq və qəbul edəcəklər. Ancaq belə olmadı. Erməni həyasızlığı bu zaman da özünü göstərdi. Onlar Azərbaycanda azad məhkəmə-hüquq sisteminin olmasından sui-istifadə edərək, Bakı Hərbi Məhkəməsinin qərarından yuxarı instansiya məhkəməsinə şikayət etdilər. Bu dəfə də Azərbaycan məhkəməsi müraciətə səbirlə yanaşdı.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətləri üzrə məhkəmə baxışı keçirilib. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Sonuncu məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər. Məhkəmə iclasının əvvəlində məlumat verilib ki, prosesdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da müşahidəçi qismində iştirak edirlər.

Təqsirləndirilən şəxslər replika hüquqlarından da istifadə ediblər. Bako Sahakyan replika hüququndan istifadə edərək bildirib ki, o, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Digər təqsirləndirilən şəxslər Vasili Beqlaryan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, Madat Babayan, Qurgen Stepanyan, David Manukyan, Davit İşxanyan, David Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan, Levon Balayan və Erik Qazaryan, eləcə də onların bəzilərinin müdafiəçiləri də replika hüququndan istifadə edərək ittiham tərəfinin çıxışlarına münasibət bildiriblər. Müdafiəçilər əsasən hüquqlarını qoruduqları şəxslər barəsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər. Təqsirləndirilən şəxslər isə öz arqumentlərini diqqətə çatdıraraq ittiham olunduqları əməllər üzrə özlərini təqsirli bilmədiklərini qeyd ediblər. Bununla da bütün təqsirləndirilən şəxslərin replika hüququndan istifadə hüququ başa çatıb. Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, iş üzrə bütün faktların məhkəmə araşdırması zamanı sübuta yetirildiyini bildiriblər. Bu səbəbdən onlar həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş ediblər.

Ardınca söz dövlət ittihamını müdafiə edən prokurorlara verilib. Onlar qeyd ediblər ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində göstərilən dəlillər isə onun ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş ediblər. Məhkəməyə sədrlik edən hakim Elmar Rəhimov verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə kollegiyası qərar qəbul etmək üçün müşavirəyə gedib.

İ.ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Avqust 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri