Ədəbiyyat Muzeyində Azərbaycan Kooperasiya Universitetinin tələbələri üçün açıq dərs keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan Kooperasiya Universitetinin Marketinq və menecment fakültəsinin II kurs tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrə muzeydə açıq dərs keçirilib.
Muzeyin şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova “Azərbaycan ədəbiyyatının təsviri incəsənət əsərlərində təqdimi” mövzusunda tələbələrə məruzə edib. Universitetdə Təsviri incəsənət tarixi fənnini tədris edən şöbə müdiri məruzəsində qeyd edib ki, əxlaqi-tərbiyəvi, estetik hisslərinin inkişafında mühüm rol oynayan muzey eksponatlarından əsas yeri incəsənət əsərləri tutur. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin muzey ekspozisiyasındakı təsviri sənət əsərləri vasitəsilə təqdimi muzey mühiti ilə yaradıcı idrak, tədris prosesi arasında əlaqənin inkişafına təkan verir. Məruzəçi vurğulayıb ki, tədris olunan mövzunu dərindən mənimsəmək üçün əyani vasitələrlə təqdimetmə metodu daha təsirli iz buraxır.
Daha sonra muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq tələbələrə həm Azərbaycan ədəbiyyatının müxtəlif mərhələləri, həm də incəsənət əsərləri haqqında ətraflı məlumat verib. Ziyarətçilər nadir eksponatlar, əlyazma nüsxələri, miniatür nümunələri və müxtəlif dövrlərə aid ədəbi irsi əks etdirən materiallarla, təsviri sənət nümunələri və onların tarixi ilə daha yaxından tanış olublar.
Ziyarətin məqsədi tələbələrin Azərbaycan ədəbi-mədəni irsi, klassik poeziya nümunələri haqqında biliklərini təkmişlləşdirmək, həmçinin ixtisaslarını daha praktik mənimsəmək üçün muzey mühitində interaktiv öyrənmə imkanlarını genişləndirmək olub.
Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov da tələbələrlə görüşərək Azərbaycan muzeyşünaslığının çoxillik ənənələrindən danışıb, tələbələrə tövsiyələrni verib.
Sonda akademik Rafael Hüseynov tələbələrlə xatirə şəkilləri çəkdirib.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Noyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















