Icma.az
close
up
RU
Pakistanın Faysalabad Universitetinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub AZƏRTAC

Pakistanın Faysalabad Universitetinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 dekabr, AZƏRTAC

Pakistanın ORİC Tədqiqat İnnovasiya və Kommersiyalaşdırma Mərkəzinin Maliyyə departamentinin rəhbəri Omar Səid Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub. O, həmçinin Pakistanın reytinqli təhsil müəssisəsi olan Faysalabad Universitetinin rəsmisidir.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Pakistanlı qonaq əvvəlcə muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb. O, COP29 tədbirlərində iştirak etdiyini və böyük təcrübə qazandığını söyləyib. Bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı dünya liderləri ilə görüş onda dərin təəssürat yaradıb. COP29 tədbirlərində tək iqlim və ekologiya sahəsində deyil, həm də insanların rifahı, gələcəyi haqqında müzakirələr aparılıb.

Muzey işinin təkmilləşdirilməsi, qurulması mövzusunda aparılan söhbət zamanı Omar Səid akademik Rafael Hüseynovun rəhbərliyi ilə yaradılmış muzeylər barədə məlumatlı olduğunu qeyd edib. Pakistan İslam Respublikasında muzey yaratmaq, bu təşəbbüsü akademik Rafael Hüseynovun təcrübəsindən faydalanaraq reallaşdırmaq məqsədilə fikir mübadiləsi aparıb.

Omar Səid Azərbaycanın zəngin tarixi keçmişini və mədəniyyətini yaşadan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyası ilə tanışlıqdan məmnun olduğunu bildirib.

Pakistanlı qonaq muzeyin rəylər və təəssüratlar kitabında Azərbaycana səfəri çərçivəsində Gəncə şəhərini və Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiyini qeyd edib. Azərbaycanlıların qonaqpərvərliyindən bəhs edən Omar Səid Bakının çox gözəl şəhər olduğunu bildirib.

Sonda akademik Rafael Hüseynov xatirə olaraq Omar Səidə müəllifi olduğu "Məkansız və zamansız", “Məhsəti Gəncəvi. Portret-oçerk” (urdu dilində) kitablarını və “Nizami muzeyinin xalçaları” adlı açıqca dəstini hədiyyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri