Icma.az
close
up
RU
Ədəbiyyat üzrə Nobel mükafatı kimə təqdim olunacaq? “Sürpriz ola bilər”

Ədəbiyyat üzrə Nobel mükafatı kimə təqdim olunacaq? “Sürpriz ola bilər”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün 2025-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunacaq.

“AzPolitika” xəbər verir ki, bu nüfuzlu mükafatı almaq üçün çinli avanqard və eksperimental yazıçı Can Xue, macarıstanlı postmodern yazıçı Laslo Kraznahorkai, meksikalı yazıçı, sənədli ədəbiyyat və xatirə janrlarında tanınan Kristina Rivera Qarsia, avstraliyalı metafiksional və introspektiv yazıçı Cerald Murnane və dünya miqyasında məşhur yapon yazıçı Haruki Murakami əsas favoritlərdən hesab olunurlar.

Azərbaycanda Nobel mükafatçılarının əsas tədqiqatçısı, elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis Etibar Əliyev “AzPolitika”ya açıqlamasında 2025-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı barədə proqnozlarını açıqlayıb.

O, bildirib ki, ümumiyyətlə, elm sahələri də daxil olmaqla, Nobel mükafatçılarının kim olacağı barədə proqnoz vermək çətindir: “Çünki namizədlər qapalı şəkildə qeydiyyata alınır və onların siyahısı açıqlanmır. Lakin bəzən, xüsusilə ədəbiyyat və sülh sahələrində gözlənilməz məqamlarla qarşılaşmaq mümkündür. Bu il də həmin sahələrdə sürpriz adların qalib gəlməsi istisna edilmir”.

E.Əliyev bildirir ki, namizədlər sırasında Salman Rüşdünün adının da olması mümkündür. “Çünki Salman Rüşdü 10-dan çox roman və povestin müəllifidir. Digər tərəfdən, ABŞ-də bir görüş zamanı bıçaqlanması və sağ qalması onun Nobel şansının artmasına səbəb ola bilər”, o əlavə edib.

Mütəxəssis qeyd edib ki, bununla yanaşı, hazırda əsərləri 1 milyon tirajla oxunan yazıçılar da var, məsələn, ingilis yazıçısı Culian Barnsı (Julian Barnes) misal çəkmək olar: “Hər halda, bu gün saat 3-də ədəbiyyat sahəsində Nobel mükafatçılarının adı elan olunmalıdır. Elm sahəsində də kəşflər çox mühüm sayıla bilər - həm fizika, həm kimya, həm də fiziologiya və tibb sahəsində. Yenə də əsas namizədlər amerikalı alimlərdir, lakin yapon elmi də sürətlə inkişaf edir. Onlar da artıq Nobel laureatları sırasına daxil olurlar. Düşünürəm ki, Nobel mükafatı öz nüfuzunu getdikcə daha da artırır”.

Etibar Əliyev xatırladır ki, sabah sülh üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq. Onun sözlərinə görə, burada həm beynəlxalq təşkilatın, həm də fərdi şəxsin adı çəkilə bilər. “Düşünürəm ki, bu sahədə də sürpriz mümkündür”, - mütəxəssis qeyd edib.

Elvin

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri