Icma.az
close
up
RU
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

Bu həftə dünya ədəbi ictimaiyyəti böyük intizar içindədir. İsveç Akademiyası oktyabrın 8-də ədəbiyyat üzrə Nobel mükafatının laureatının adını açıqlayacaq. Ənənəvi olaraq bukmekerlər və tənqidçilər favoritləri fəal müzakirə edirlər. Əsas namizədlər arasında çinli avanqard yazıçı Can Syue və hər il Nobel mükafatına namizədliyi irəli sürülən yapon nəsrinin canlı klassiki Haruki Murakami də var. Siyahıda dünyanın müxtəlif ölkələrindən olan 40-a yaxın müəllif də yer alıb. Onların bir çoxunun adı uzun müddətdir Nobel mükafatı ilə bağlı müzakirələrdə mütəmadi olaraq çəkilir.

Xalq yazıçısı Natiq Rəsulzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində bu cür proqnozların nə dərəcədə əsaslı olması ilə bağlı fikirlərini bölüşüb.

Yazıçının sözlərinə görə, mükafatın uzun siyahısında həm tanınmış, həm də o dərəcədə məşhur olmayan müəlliflərin adları var. Buna görə də o, bu siyahı əsasında hər hansı proqnoz verməyib.

“Buna baxmayaraq, istərdim ki, Nobel mükafatını ən layiqli və ən maraqlı müasir yazıçılar alsınlar. Bilirsiniz, mən müxtəlif müsahibələrdə bir neçə dəfə demişəm ki, dünya miqyasında mükafat nə qədər böyükdürsə, onun tərkibində siyasətin rolu da bir o qədər çox olur. Bəzən Nobel Komitəsi mükafatı məhz siyasi mülahizələrə görə verir. Belə nümunələr məndə var, baxmayaraq ki, onları indi açıqlamaq istəmirəm, amma belə faktlar mövcuddur”, – deyə Natiq Rəsulzadə bildirib.

Bununla belə, qələm ustası qeyd edib ki, mükafat əksər hallarda layiqli yazıçılara verilir.

Proqnozlara gəlincə, yazıçı deyib ki, hər kəs yalnız siyahıda olan və əsərlərini oxuduğu müəlliflər haqqında fikir yürüdə bilər: “Fikrimcə, orada yüzə yaxın ad var. Mən onların hamısının əsərlərini oxumamışam. Bəlkə də, 15-ə yaxın müəllifi tanıyıram və onların əsərlərini oxumuşam. Ona görə də bilmirəm, buna Nobel Komitəsi qərar verməlidir. Yenə də təkrar edirəm. Çox istərdim ki, mükafatı maraqlı, müasir və həqiqətən istedadlı bir yazıçı alsın. Çünki bu mükafat çox böyük əhəmiyyət daşıyır. Bu, sadəcə mükafat deyil, həm də böyük şöhrətdir. Elə yazıçılar olub ki, mükafatı aldıqdan sonra onların kitabları böyük tirajlarla nəşr olunmağa və yayılmağa başlayıb. Mükafat, əslində, müəllifin həyatını 180 dərəcə dəyişir”.

Natiq Rəsulzadə nümunə kimi Qabriel Qarsia Markesi göstərib. “O, həyat yoldaşı ilə birlikdə evdən nələrisə satır, son pullarını xərcləyirdilər ki, “Yüz ilin tənhalığı” romanını başa çatdırıb, əlyazmanı poçtla nəşriyyata göndərsinlər. Əvvəlcə birinci hissəni, sonra isə ikinci hissəni. Bu mükafat ona təkcə şöhrət deyil, həm də böyük məbləğdə pul gətirdi. Bu, həqiqətən də, yazıçının həyatını dəyişir. Ona görə də istərdim ki, laureat layiqli insan və layiqli yazıçı olsun. Baxmayaraq ki, bu iki anlayış heç də həmişə üst-üstə düşmür, amma ən əsası çox istedadlı müəllif olsun”, – deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Nobel laureatları sırasına kimlərin qoşulacağı yaxın günlərdə məlum olacaq.

Müəllif – Leyla Muradzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri